Cümə , Aprel 19 2024
Ana səhifə / “Sırtıq kimi yapışmalıyam ki, məni bəyən?” – Səidə

“Sırtıq kimi yapışmalıyam ki, məni bəyən?” – Səidə

“İndiki zamanda bəzi insanları elə bil İnstaqram əkib, doğub… Bəziləri “like” toplamaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Başlayırlar ki, “Bu nədi? Məni niyə izləmirsən, “like” etmirsən?” Bəsdirin də, bambılılar, düşüklər…”.

“ Azinforum.az ” Axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Səidə Sultan deyib. Sənətçi sosial şəbəkəyə görə ondan inciyən tanışlarını tənqid edib:

“Hələ bir adamdan küsürlər, inciyirlər… İzləmirəm, əcəb edirəm, bəyənmirəm əcəb edirəm. Şəxsən mən məni izləməyənə, bəyənməyənə əhəmiyyət vermirəm. Gözüm aydın, mən də onu izləmərəm. Ona görə həmin adama deməliyəm ki, bu nə deməkdir? Ya da sırtıq kimi, yapışmalıyam ki, məni bəyən? İnsanların yarı faizi tanınmaq, ulduz olmaq istəyirlər. Vallah, biz yalan olmuşuq”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın