Bazar ertəsi , Avqust 10 2020
Ana səhifə / Aktual / Şirməmməd Hüseynovla vida… – Fotolar

Şirməmməd Hüseynovla vida… – Fotolar

Bakı Dövlət Universitetində ötən gün dünyasını dəyişən Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, mərasimdə millət vəkilləri, ictimai xadimlər, media nümayəndələri iştirak edir.

BDU-nun  jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli Ş. Hüseynovla bağlı xatirələrini bölüşüb:  “Şirməmməd Hüseynov müəllimlərin müəllimi, böyük insan idi. O, Azərbaycan mətbuatının ənənələrini bizə öyrətməklə klassik mətbuat məktəbi yaradıb. O, jurnalist və böyük tənqidçi idi. Mən özüm də Şirməmməd Hüseynovun tələbəsiyəm. Allah ona rəhmət eləsin”.



Həmçinin oxuyun

“TurAZ Qartalı – 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir – Video

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi …