Şənbə , Aprel 20 2024
Ana səhifə / ŞİRKƏT İCRA HAKİMİYYƏTİNİN ƏLİ İLƏ SAKİNLƏRİ EVLƏRİNDƏN ZORLA  KÖÇÜRMƏK İSTƏYİR – VİDEOREPORTAJ

ŞİRKƏT İCRA HAKİMİYYƏTİNİN ƏLİ İLƏ SAKİNLƏRİ EVLƏRİNDƏN ZORLA  KÖÇÜRMƏK İSTƏYİR – VİDEOREPORTAJ

Azinforum.az xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsi 33 ünvanında (“Kaktus” kafesinin yanı)  yaşayan bir qrup sakin avqustun 3-ü gecə saatlarında evlərinin sökülməsinə etiraz əlaməti olaraq küçəyə çıxıblar. Hadisə yerində olan Azinforum.az-ının verdiyi məlumata görə, narazı olan sakinlər bildiriblər ki, hazırda yaşadıqları evlərin bütün qanuni sənədləri mövcuddur:

“Bizi zorla yaşadığımız yataqxanadan çıxarmaq istəyillər. Burada yaşayanların çoxu akademiyanın işçiləridi.  Demək olar ki, mənzillərin hamısı özəlləşib. İndi hansısa şirkətin bu əraziyə gözü düşüb deyə, bizi burdan çıxarmaq istəyir. Bina sakinlərinin bir qismi onların təklifilə razılaşıb, ancaq 50-yə yaxın ailə hələ də burda yaşayır. Maraqlıdır ki, bizimlə şirkət rəsmiləri heç söhbət belə etmək istəmir. Təəssüflər olsun ki, Yasamal rayon İcra Hakimiyyəti bizim yox həmin şirkətin mənafeyini qoruyaraq, bizim yaşadığımız mənzilləri tezliklə tərk etməyimizə çalışır. Yuxarı instansiyalara etdiyimiz müraciətlərə cavab verilmir. Ölkə başçısından kömək istəyirik”.

Azinforum.az olaraq qeyd edirik ki, əməkdaşlarımız həmin ərazidə  özlərini Yasamal rayon İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslərə də rast gəlib. Sakinlər bildiriblər ki, həmin adamların deyilən ərazinin Mənzil İstismar Sahəsinə heç bir aidiyyətləri yoxdur.

Məsələ ilə bağlı  Yasamal rayon İcra Hakimiyyətilə əlaqə saxlamaq cəhdlərimiz heç bir səmərə vermədi.  Qeyd edək ki, sakinləri zorla evindən çıxarmaq istəyən şirkətin adı bizə hələ məlum deyil.  Bu istiqamətdə araşdırmamız davam edir…

Rövşən ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın