Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Şirin suya həsrət qalan Maştağa sakinləri – VİDEO

Şirin suya həsrət qalan Maştağa sakinləri – VİDEO

Maştağanın “Daş karxanası” adlanan ərazisində yaşayan minlərlə sakin uzun illərdir ki, şirin suya həsrət qalıb.  

Sakinlər bildirirlər ki, yaşadıqları ərazidən cəmi iki kilometr məsafədən su xətləri keçsə də, onlar burda susuzluqdan əziyyət çəkirlər. Əlacsız qalan sakinlər ya hər həftə 40 manat verib maşınla su gətizdirməli olurlar, ya da hər gün bataqlıq yollarla iki kilometrə yaxın məsafə qət edərək qablarla su daşımalı olurlar. 

Hər gün qablarda su daşıyan sakinlərdən biri vəziyyəti belə izah edib: “Yoruluruq, bu qədər əzab olar? Camaat aya uçur, biz paytaxtda su axtarırıq”.  

Dözülməz vəziyyətlə bağlı sakinlər dəfələrlə məsul qurumlara müraciətlər ünvanlayıblar. Hər dəfə isə onlara növbəti ildə problemin həll olunacağı ilə bağlı vədlər verilib. Amma, təssüflər olsun ki, illər dəyişsə də, vəziyyət dəyişməyib.  

Problemlə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sakinləri ən azı bir il səbrli olmağa çağırıb.  

Qurum rəsmisinin sözlərinə görə, ya bu ilin sonu, ya da ən geci 2021-ci ilin əvvəlində ərazidə şirin su problemi aradan qalxacaq. Onun sözlərindən aydın oldu ki, ana xətt ilə təxminən bir kilometr məsəfəyə şirin su xətti çəkilməsi üçün “Azərsu” ASC-yə bir ildən çox vaxt lazımdır.  

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …