Ana səhifə / Aktual /  ŞİRİN CƏFƏRİDƏN EYNULLA FƏTULLAYEVƏ SƏRT CAVAB: “GÖRƏRİK, AGENT KİM OLUB?”

 ŞİRİN CƏFƏRİDƏN EYNULLA FƏTULLAYEVƏ SƏRT CAVAB: “GÖRƏRİK, AGENT KİM OLUB?”

“Mənim rəhbəri olduğum qəzetdə Akif Covdarov və  sabiq MTN-nin başqa rəhbər şəxsləri barədə silsilə tənqidi materiallar dərc olunanda, Eynulla Eldar Mahmudovun keçirdiyi uğurlu “əməliyyatlara” mədhiyyələr qoşurdu”

“Bu haqqımı da ona halal etmirəm”

“Gündəm-xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri  Eynulla Fətullayevin  rəhbəri  olduğu Virtualorg.az saytında onun Eldar Mahmudovun agenti olması ilə bağlı yaydığı məlumata sərt  reaksiya verib. Baş redaktor Azinforum.az-a açıqlamasında bildirib ki,  Eynulla Fətullayevin etdiyi  yalnış əməli cavabsız qoymaq niyyətində deyil:

 

eyn

“Mən bu adamın davranışlarına təəccüb edirəm. İnsan öz həmkarlarına, ona vaxtilə arxa duranlara qarşı nə qədər aqresiv olarmış? Dünən məni DİN əməkdaşları evimdəm aparıblar. Mediada  mənim həbs edilməyimlə bağlı  xəbər yayılıb. Eynulla Fətullayev fürsətdən istifadə edərək, mənim həbsimlə əlaqəli  xəbəri  “Eldar Mahmudovun daha bir  agenti həbs edildi” başlığı ilə təqdim edib.  Eynulladan fərqli olaraq mənim Eldar Mahmudov və onun ətrafı ilə heç bir yaxınlığım olmayıb. Ancaq Eynullanın vaxtilə buraxdığı qəzetə faktların və maliyyənin kimlər tərəfindən ötürüldüyünü mən yaxın günlərdə açıqlayacam.

Onda görərik agent kim olub? Eynullanın yaddaşını təzələmək üçün bildirirəm ki, mənim rəhbəri olduğum qəzetdə Akif Covdarov və  sabiq MTN-nin başqa rəhbər şəxsləri barədə silsilə tənqidi materiallar dərc olunanda, Eynulla Eldar Mahmudovun keçirdiyi uğurlu “əməliyyatlara” mədhiyyələr qoşurdu. Mətbuat həm də bir arxivdir. Bir qədər geriyə qayıtmalı olsaq, ortaya dəhşətli faktlar çıxacaq. Mənim qəzetimin bütün “podşivkaları” durur. Bundan sonra, arxiv materialarına müraciət etməli olacam. Əminəm ki, Eynulla kimə şər atdığının fərqinə varacaq. Məsələnin bir mənəvi tərəfi də var.  Həmkarlıq prinsiplərini kənara qoyuram. Eynulla həm də həbs görmüş adamdı. Adətən belə adamlar kiminsə həbsə düşməyini arzulamırlar. Görünür, onun həbsxana həyatı da yaxşı keçməyib ki, cəmiyyətə qarşı belə aqresiya püskürür.  İstəsə, bu mövzuya da toxunaram.

Ancaq o həbsxanada olanda, onun oyunbazlığını bilə-bilə birmənalı dəstək nümayiş etdirmişəm. Bu haqqımı da ona halal etmirəm”.

Şirin Cəfəri Azinforum.az-a bildirdi ki, onun bəzi faktlara aydınlıq gətirmək üçün polisə aparıblar:  “Özümə qarşı heç bir kobudluq görmədim.  Normal söbətdən sonra sərbəst buraxıldım”.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın