Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Aktual / “Sipark” şirkətinin vəkili xüsusi açıqlama yaydı- “Məhkəməyə müraciət edəcəyik”

“Sipark” şirkətinin vəkili xüsusi açıqlama yaydı- “Məhkəməyə müraciət edəcəyik”

Bu gün “Sipark” İnşaat və şirkətin rəhbərliyi haqda bir neçə saytda və sosial şəbəkə səhifələrində bəzi məlumatlar yayılıb. Həmin məlumatlarda tanınmış qadın müğənnilərlə “Sipark” rəhbərliyinin özəl münasibətindən söz açılır.Əslində bir gün öncəyə qədər bu məlumatda qadın müğənnilərlə başqa bir şəxsin adı hallanırdı. Maraqlıdır ki, sonradan hansısa səbəbdən müğənnilərlə “Sipark” rəhbərliyinin “eşq yaşadığı” barədə xəbərlər yayılmağa başladı.

Musavat.com bildirir ki, bununla bağlı “Sipark” şirkətinin hüquqşünası, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vüqar Babayev xüsusi açıqlama yayıb:“Bildirmək istəyirik ki, bəzi saytlarda “Sipark” şirkəti və onun təsisçiləri haqqında həqiqətdən uzaq, təhqir və böhtan dolu yazılar yayılıb. Həmin məqalələrdə göstərilənlərin hamısı qərəzli olmaqla, böhtan xarakterlidir, şərəf və ləyaqəti, işgüzar nüfuzu qəsdən ləkələmək məqsədi daşıyır. Xatırladırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyi bu cür təhqir və böhtan xarakterli yazıları dərc edən şəxslər, o cümlədən kütləvi-informasiya vasitələri üçün çox ciddi məsuliyyət müəyyən edir. Bir daha bəyan edirik ki, “Sipark” şirkətinin və onun məqalədə adı keçən rəhbər şəxslərinin orada adları göstərilən insanlarla və hadisələrlə heç əlaqəsi yoxdur. Buna görə də biz öz şərəf və ləyaqətimizin müdafiəsi və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə, həmçinin hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

“Sipark”dan verilən məlumata görə, xəbəri ilk yayan sayt artıq bunu öz səhifəsindən silib.

Həmçinin oxuyun

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib

Aprelin 25-də Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik …