Cümə axşamı , İyul 2 2020
Ana səhifə / Aktual / “Sınıq Körpü” də film kimi olay- 1 MİLYON 700 MİN AVROLUQ DƏRMAN NECƏ SAXLANILDI?

“Sınıq Körpü” də film kimi olay- 1 MİLYON 700 MİN AVROLUQ DƏRMAN NECƏ SAXLANILDI?

Dünən Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları sensasion əməliyyat keçirib.

Gununsesi.org-un Regional  İdarəsindən əldə etdiyi məlumata görə, Tovuz rayon sakinləri olan Xəqani və Vüqar qardaşları Gürcüstan ərazisindən “Sınıq Körpü” gömrük postu vasitəsilə dəyərli 1 milyon 7 00 min avro olan dərman keçirərkən saxlanılıb.

Məlumatda bildirilir ki, həmin dərmanlar 99 RM 810 dövlət nömrə nişanlı TIR markalı yük maşınında olub.

Adıçəkilən qardaşlar Gürcüstandan keçərək, Azərbaycan ərazisinə daxil olan zaman gömrük sənədləşməsində  başqa vasitələrin olduğu yazılıb.

“Rentgen” yoxlamasına keçməzdən qabaq isə qardaşlara məxsus eyni rəngli,  60 RM 10 dölət qeydiyyat nişanlı TIR da həmin əraziyə daxil olub.

Hər iki maşının nömrələrinin dəyişdirilməyə başlanılması gömrük əməkdaşlarının diqqətindən yayınmayıb.

Anında edilən müdaxilə zamanı Azərbaycana qanunsuz dərman keçirməyə çalışan qardaşlar ifşa olunub.

Hazırda Gömrük Komitəsinin İstintaq və Təhqiqat Baş İdarəsində araşdırma başlanıb.

Həmçinin oxuyun

Qarabağın azərbaycanlı icmasına yeni sədr müavini təyin olunub – FOTO

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinə yeni sədr müavini təyin olunub. Məlumata …