Şənbə , Aprel 20 2024
Ana səhifə / Şimali Koreya lideri təyyarəni şəxsən sınaqdan keçirdi -FOTO

Şimali Koreya lideri təyyarəni şəxsən sınaqdan keçirdi -FOTO

Korerya_lideri2Şimali Koreya lideri Kim Çen In ölkənin maşınqayırma zavodlarından birinə səfəri zamanı kütləvi istehsala buraxılması planlaşdırılan yeni tipli sərnişin təyyarəsini şəxsən sınaqdan keçirib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə başçısı bir neçə dəqiqə havada dövr etdikdən sonra təyyarəni yerə endirib.

 

“Mən bizim işçi sinfimiz tərəfindən yaradılan təyyarəni şəxsən yoxlamalıyam”, – kütləyə müraciət edən Şimali Koreya lideri yeni təyyarədən razı qaldığını bildirib.

O, ölkə mühəndislərinin böyük elmi irəliləyiş əldə etmək və müasir standartlara cavab verən təyyarəni layihələndirə bildiklərinə görə təbrik edib. Gənc lider bu hadisənin Şimali Koreya maşınqayırması və elmi üçün yeni səhifə olduğunu diqqətə çatdırıb. Şimali Koreya mətbuatı zavodun adını və Kim Çen Inın səfər tarxini açıqlamayıb.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …

Bir cavab yazın