Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / “Silahı çəkib bloka girirdim” – Brilliant

“Silahı çəkib bloka girirdim” – Brilliant

“1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gələn kimi birinci məni işdən çıxartdı. Ən çətin dövr idi. Məəttəl qaldım!  Mən də mübarizə aparırdım. Sovetin dövründən mən “Haydi-haydi ər igidlər, birləşin daha”, Şaumyanın, XI Qızıl Ordunun heykəlinin qarşısında “baş kəsənin büstünə bax” demişəm. Bunlara görə Sovet dövründə töhmət almışam.  İndi də AXC birinci məni çıxartdı”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Hər şey daxil” proqramına qonaq olarkən deyib.  Məşhur müğənni AXC-nin hakimiyyəti dövründə qarşılaşdığı çətinliklərdən söz açıb:

“Televiziyadan 100-150 manat maaş alırdım, çətin vəziyyət idi. Evdə balaca uşağımız var idi. Bu dövrdə məni işsiz qoydular. Daha sonra Ulu öndər Heydər Əliyev gəldi və kanalın yeni rəhbərinə tapşırıq verdi ki, AXC kimi işdən çıxarıbsa, geri çağırın. Ağlaya-ağlaya televiziyaya getdim. Açıq danışacam, Türkiyə vətəndaşı olmuşdum, artıq Azərbaycandan köçməyi planlaşdırırdım. Heydər Əliyevdən sonra bu qərardan daşındım”. 

Sənətçi 90-ci illərin əvvəlində üzərində silahla gəzdiyini də etiraf edib: “O dövrdə çantamda silahla gəzirdim. Çünki binanın blokuna silahsız girmək olmazdı. Hər an bizi hər şey gözləyə bilərdi. Silahı çəkib içəri girirdim. Hər addımda qabaqkəsmək, oğurluq, adam öldürmək olurdu”. 

Həmçinin oxuyun

Daxili İşlər Nazirliyindən karantin rejimi ilə bağlı əhaliyə – Xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edərək xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb. …