Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Şikayətçi oldu, icra başçısı şəxsən evinə getdi – Foto

Şikayətçi oldu, icra başçısı şəxsən evinə getdi – Foto

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov şikayətçi olan vətəndaşın evinə gedib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı teleprodüser Üzlüfət Burayeva yayıb. O bildirib ki, bir neçə gün əvvəl jurnalist Günay Malikqızı adıçəkilən icra başçısı ilə görüşünü paylaşıb. Hər şey Burayevanın həmin paylaşıma yazdığı rəylə başlayıb: “Şərh yazmışdım ki, Badamdara da gəlsin. Sonra icra başçısının müavini Vüqar Şıxməmmədov mənə yazdı: 

– Başçını Badamdara dəvət etmisiz. Şikayətiniz var? 

Cavab yazdım:

-Bəli, var”. 

Teleprodüser qeyd edib ki, müavin bu cavabdan sonra söhbəti uzatmayıb:

“Bu gün evimin həyətində oturub, samovara da od salıb dincəlirdik. Rayon İcra Hakimiyyətindən zəng gəldi. Bildirdilər ki, icra başçısı hazırda Badamdardadır və mənimlə görüşmək, şikayətimi dinləmək istəyir. Ünvanı dedim. Saat 17:30-da gələcəyini söylədilər. Sözün düzü, inanmadım”.

Burayeva bildirib ki, saat 17:30-da qapısı döyülüb və Vüqar Zeynalov gəlib:

“Şikayətləri də dinlədi. Onların həlli barədə, eləcə də İcra Hakimiyyəti tərəfindən görülən işlərdən də danışdıq. İnanın, çox xoş oldu”. 

Həmçinin oxuyun

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə!

“Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edir.  Mobil …