Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / “Sığorta şirkətləri obyektlərimizi sığortalamır” — “EuroHome”dakı sahibkarlar DANIŞDI (VİDEO)

“Sığorta şirkətləri obyektlərimizi sığortalamır” — “EuroHome”dakı sahibkarlar DANIŞDI (VİDEO)

Ötən gün paytaxtın Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yenidən yanğın baş verib. 


Ərazisi təxmini 22500 kv.m-ə yaxın olan bazarın 3300 kv.m hissəsi yanıb. 


 Yanğın xüsusilə taxta, dik, boya, xırdavat materiallar satılan mağazaları əhatə edib.


Mağaza sahiblərinin verdiyi məlumata görə, üçüncü sırada yerləşən təxminən 10-a yaxın mağaza yanaraq kül olub, mallarının böyük hissəsi yararsız hala düşüb. 


Malları yanan mağaza sahibləri bildirir ki, bazara heç bir sığorta şirkəti girmədiyi üçün obyektləri sığortalanmayıb.


Sığorta şirkətlərinin böyük bazarları niyə sığortalamaq istəmədiyini həm mağaza sahibi, həm də jurnalist qismində öyrənməyə çalışdıq. Bəzi sığorta şirkətlərindən bildirildi ki, sığorta olunmazdan əvvəl obyekt və bazarların risk qrupuna daxil olub-olmadığı araşdırılır. “EuroHome” bazarı ilə bağlı isə qeyd olundu ki, yanğınların səbəbi bilinmədiyi üçün şirkətlər sığorta etmək istəmir.

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …