Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Şeyx Əbdül Hacıbala Abutalıbovla barışdı – DÜNYANIN SƏKKİZİNCİ MÖCÜZƏSİ…

Şeyx Əbdül Hacıbala Abutalıbovla barışdı – DÜNYANIN SƏKKİZİNCİ MÖCÜZƏSİ…

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bəzi saytların onun rəyini soruşmadan Bayıldakı sürüşmə zonası barədə yazı hazırlayarkən sabiq merin hələ də xalq artisti ilə məhkəmə çəkişməsinin davam etdiyini yazıblar.
 Bu haqda Moderator.az-a danışan xalq artisti bildirib ki, artıq hər şey geridə qalıb və onlar keçmiş merlə barışıblar:
“Mənin Hacıbala Abutalıbovun nə özü, nə də komandası ilə heç bir problemim yoxdur. Hər şey öz həllini tapdı. Bu yaxında isə “Hamam Times” adlı bir sayt mənim sabiq merlə olan ev problemi məsələmdən istifadə edərək Bayıldakı sürüşmə zonası haqqında yazı hazırlayıb. Belə adamların hamısına xəbərdarlıq edib bildirmək istəyirəm ki, belə şeylərə yol verməsinlər. Bizim aramızda artıq barışıq olub və bundan sonra məndən xəbərsiz bu kimi şeylər yazsalar, cavab verməli olacaqlar”.
Şeyx Əbdül onun ev problemini işıqlandıran Moderator.az saytının kollektivinə də öz minnətdarlığını bildirib.

Həmçinin oxuyun

“Əmlak komitəsi” hansı başla işləyir? – Qoçbaşı məharəti

Azərbaycan Vətən müharibəsi aparır. Hər kəs bir yumruq kimi birləşib düşmənə ağır zərbə vurmalı olduğu …