Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Seysmologiya Mərkəzində Qadınlar Şurası yaradıldı

Seysmologiya Mərkəzində Qadınlar Şurası yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Qadınlar Şurasının yaradılmasına dair təsis iclası keçirilib.

RSXM-dən verilən məlumata görə, iclas zamanı Qadınlar Şurasının yaradılmasına dair qərar qəbul edilib və Qadınlar Şurasının İdarə Heyətinə namizədlərin seçilməsi keçirilib.

Müzakirələrin nəticəsi olaraq 9 xanım əməkdaşın İdarə Heyəti üzvlüyünə namizədliyi irəli sürülüb.

Açıq səsvermə nəticəsində “Kadrlar” şöbəsinin müdiri Fəridə Axundova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “İnformasiya” şöbəsinin müdiri Vüsalə Hüseynova, “Seysmoloji materialların təhlili və təfsiri” şöbəsinin kiçik elmi işçisi Təranə Kazımova, “Maqnitometriya” şöbəsinin kiçik elmi işçisi Aygün Davudova, “İnstrumental” şöbənin elektronçusu Lalə Fəttahova, “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin mühəndisi Xoşqədəm Yusifova, “Beynəlxalq əlaqələr” şöbəsinin kiçik elmi işçisi Leyla Aşurova və “Geodinamika” şöbəsinin kiçik elmi işçisi Gülxanım Əsgərli İdarə Heyətinin üzvləri seçiliblər.

Daha sonra RSXM-nin Qadınlar Şurasının İdarə Heyəti üzvlərinin iclası olub. İdarə Heyətinin üzvləri – “Kadrlar” şöbəsinin müdiri Fəridə Axundova və “Beynəlxalq əlaqələr” şöbəsinin kiçik elmi işçisi Leyla Aşurova çıxış edərək təşkilat sədrliyinə “İnformasiya” şöbəsinin müdiri Vüsalə Hüseynovanın namizədliyini irəli sürüb və məsələ səsverməyə qoyulub. Səsvermənin nəticəsi olaraq “İnformasiya” şöbəsinin müdiri Vüsalə Hüseynova AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Qadınlar Şurasının sədri, “Beynəlxalq əlaqələr” şöbəsinin kiçik elmi işçisi Leyla Aşurova isə katibi seçiliblər.


Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …