Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Seymur Baycan ədəbiyyatdan gedəcəyi tarixi açıqladı

Seymur Baycan ədəbiyyatdan gedəcəyi tarixi açıqladı

“Bir hekayə mövzusu var, çox güman, 31 dekabrda yazıb ədəbiyyat sahəsində fəaliyyətimə son verəcəm”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri yazıçı Seymur Baycan “Ədalət” qəzetinə müsahibəsində deyib. Ardınca qeyd edib ki, yazmaq üçün xüsusi ovqat lazımdır. Xüsusi ovqatsız masa arxasında otura bilmir:

“Mətn başımda tam bişsə də, xüsusi ovqatsız masa arxasında otura bilmirəm. Son illər 31 dekabrda, adətən, kədərli oluram. Sanki bayram üstümə bir yük qoyur. Təbrik almalısan, təbrik etməlisən. Həm də dəqiq bilirəm ki, nə qədər adam maddi baxımdan bayram süfrəsi açmaq, uşaqlarına hədiyyələr vermək, onları sevindirmək iqtidarında deyil. İmkanım olsaydı, heç olmasa, beş ailəyə köməklik edib yüngülləşərdim, təskinlik tapardım. İmkanım olmadığına görə özümü daha çox günahkar hiss edirəm. Bu acizlik məni çox ağrıdır. Belə məqamlarda pul qazana bilməmək bacarığımın olmamasına görə özümü çox qınayıram. İstərdim, çoxlu pulum olsun, ehtiyacı olan adamlara xərcləyim. Xüsusən, bayramlarda imkansız adamları sevindirmək ibadətlərin ən gözəlidir. Keçən il 31 dekabrda küçə itləri üçün çoxlu sümük aldım. Yeni ili onlarla keçirdim. Sonra gəlib yatdım. Bu il isə əlahiddə bir hadisə baş verməsə, çox güman oturub hekayə yazacam”.

O daha sonra qeyd edib ki, “gedəcəksən” sözü bir az təmtaraqlı səslənir: “Ədəbiyyat sahəsində fəaliyyətimə son verəcəm desəm fikrimi daha təvazökar bir tərzdə ifadə etmiş olaram”.

 

Həmçinin oxuyun

Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq – XİN

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun …