Bazar ertəsi , Mart 20 2023
Ana səhifə / Aktual / Sevgilisi tərəfindən küçədə bıçaqlanan qız öldü – Yenilənib

Sevgilisi tərəfindən küçədə bıçaqlanan qız öldü – Yenilənib

Balakəndə şəhərin mərkəzində bıçaqlanma olub.

“Qafqazinfo”nun məlumatına görə, 27 yaşlı Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu qıza küçədə ağır xəsarətlər yetirib.

Belə ki, o, bu gün səhər saatlarında 21 yaşlı sevgilisini aralarındakı mübahisə səbəbindən çoxsaylı bıçaq zərbələri ilə öldürməyə cəhd edib. Gənc qız Təcili Yardımla Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Elton Layıcov polis əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.

***

Həkimlərin səylərinə baxmayaraq, 21 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.

Həmçinin oxuyun

Polkovnik: Vəziyyət pisdir və müharibə hər an başlaya bilər

“Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları …