Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Sevda Ələkbərzadə: “Heç vaxt siyasətə qoşulmayacağam”

Sevda Ələkbərzadə: “Heç vaxt siyasətə qoşulmayacağam”

Müğənni Sevda Ələkbərzadə bacısı Emma Ələkbərzadə ilə duet oxuyacaq.
 
Sənətçi bu barədə musavat.com saytına açıqlamasında deyib: “Yeni duet ifa etmişəm. Tezliklə onu dinləyicilərə təqdim edəcəyəm. Romantik, sevgi haqda mahnıdır. Mahnı sevilsə, klip çəkdirmək haqda düşünəcəyəm. Minikonsertlərim olur, səhnəyə çıxıb tez-tez tamaşaçılarla ünsiyyətdə oluram. Bacım Elmira Ələkbərzadə ilə duet oxumaq istəyirik. Illər öncə oxuduq, uğurlu oldu, birini də istəyirik. Yavaş-yavaş yaradıcılıq işlərimizi görürük. Bu sənətdə nələrsə etməyə çalışırıq”.
Müğənni xeyli çəki verməsinin səbəbini də açıqlayıb: “6 ay həm diet saxladım, həm idmanla məşğul oldum. Üzgüçülüyə də gedirəm. 10-11 kilo çəki itirmişəm. Heç vaxt kök olmamışam. Bir az kilolu idim. Artıq istədiyim kiloya çatmışam. Bundan sonra arıqlamayacam. Sadəcə çalışacağam ki, çəki almayım”.
 
“Sizi daim dövlət tədbirlərində görürük. Nə zamansa, siyasətə qoşulmaq fikriniz varmı” sualına isə müğənni belə cavab verib: “Siyasət mənə uzaq sahədir, anlayışım yoxdur, sevmirəm. Mənimki incəsənətdir. Dövlət əhəmiyyətli tədbirlərə tez-tez dəvət alıram. Orada çıxış etmək mənə xoşdur”.

Həmçinin oxuyun

Elçin Qurbanov: “Şübhəsiz ki, təmərküzləşmiş korrupsiyanın çiçəklənməsində sabiq Ali Məclisin sədri kənarda deyil”

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rəfael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın