Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

Sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə təchiz olunmaq üçün artıq lazım olan avadanlıqlar ölkəmizə gətirilib. Bunu Milli Məclisdəki plenar iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyni deyib. Onun sözlərinə görə, biometrik vəsiqələrlə bağlı gətirilən avadanlıqlar Azərbaycanın 10 regionunda, iki ASAN Mərkəzdə, Bakı və Gəncədə quraşdırılıb. Ə.Hüseynli dedi ki, sentyabrın 1-dən ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqələri ala biləcəklər. Bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi planlaşdırılırdı. Bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi planlaşdırılırdı.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …