Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Semaşko”dakı videoyla bağlı açıqlama

“Semaşko”dakı videoyla bağlı açıqlama

1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə olunan koronavirusa yoluxmuş xəstələr şəraitdən narazıdır. 

“Qafqazinfo” xəbər verir ki, xəstəxanada infeksionistin olmadığını qeyd edən xəstə vəziyyətləri ilə mütəmadi olaraq maraqlanılmadığını vurğulayıb. 

Bununla yanaşı, xəstəxanada qeydə alınmış kadrlarda tibb işçilərinin xüsusi geyimlərdə, yəni kombinezonlarda olmadığı müşahidə edilir. 

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məsələ ilə bağlı “Qafqazinfo”ya bildirib ki, KTM-də qeydə alınan bütün müraciətlərlə bağlı araşdırma aparılır və yaxın zamanda ictimaiyyətə məlumat veriləcək. 

Günel Hacı

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …