Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Sel Cəlilabad-Yardımlı yolunun üzərindəki körpünü dağıtdı – FOTOLAR

Sel Cəlilabad-Yardımlı yolunun üzərindəki körpünü dağıtdı – FOTOLAR

Mənbəyini Buravar sıra dağlarından götürən Nio çayında dünəndən etibarən suyun səviyyəsinin kəskin şəkildə artması Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü qəzalı vəziyyətə salıb.

“Report”un məlumatına görə, həmçinin rayonun Buravar kəndindəki avtomobil yolunun bir hərəkət istiqaməti sel suları nəticəsində çöküb.

Bununla yanaşı, Buravar kəndinin mərkəzindəki digər körpü də eyni səbəbdən qəzalı vəziyyətdədir.

Məsələ ilə bağlı Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, artıq qəzalı vəziyyətə düşən körpülərə baxış keçirilib. Çaylarda suyun səviyyəsi azaldıqdan sonra ərazidə təmir bərpa işlərinə başlanılacaq.

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …