Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Aktual / Seçkiyə getməyən bitərəf deputatlar – Valeh Ələsgərov, Zeynəb Xanlarova, Elmira Axundova…

Seçkiyə getməyən bitərəf deputatlar – Valeh Ələsgərov, Zeynəb Xanlarova, Elmira Axundova…

Parlamentdə təmsil olunan 35 bitərəf deputatdan ən azı 25-nin yenidən seçkilərə qatıldığı tam dəqiqləşib.
Belə ki, bitərəf millət vəkillərinin özləri haqlarında yayılan məlumatları təsdiqləyib, eyni zamanda, müvafiq Dairə Seçki Komissiyalarına (DSK) müraciət ediblər.
Yerdə qalan bitərəflərdən Hacı Salayev və Ülviyyə Ağayevanın da seçkilərə qatıldığı barədə məlumatlar var.
Onlar da çox güman ki, seçkidə iştirak qərarlarını rəsmiləşdirib və ya rəsmiləşdirəcəklər.
Birətəf deputatlardan Əflatun Amaşova gəlincə, o, özü mətbuata açıqlamasında yenidən seçkilərə qatılmaq fikrinin olduğunu, bunu seçicilərinin arzuladığını desə də, son məlumatlara görə, hələlik seçki qərarını rəsmiləşdirməyib.
6 bitərəf deputata-Xalq yazıçı Elmira Axundova, şəhid Milli Qəhrəman xanımı Flora Qasımova, bugünlərdə əməliyyat keçirən iş adamı Mahir Aslanov, korifey sənətkar-SSRİ Xalq artisti Zeynəb Xanlarova, vitse-spiker Valeh Ələsgərov və Elxan Süleymanova gəldikdə isə artıq onların seçkilərə qatılmayacaqları yüzfaizli görünür.
Belə ki, adıçəkilən millət vəkilləri növbəti dəfə seçki prosesindən kənarda qalmağa üstünlük veriblər…(etikxeber.az)

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …