Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Seçkilərin nəticələrinin müzakirəsi başladı – Fotolar+Yenilənir

Seçkilərin nəticələrinin müzakirəsi başladı – Fotolar+Yenilənir

Bu gün Konstitusiya Məhkəməsinin Plenumu 2020-ci ilin fevralın 9-da keçirilmiş Milli Məclisə keçirilmiş seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxır.

“Qafqazinfo” xəbər verir ki, iclasa Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edir.

F. Abdullayev Konstitusiyanın 86–cı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı qaydasında Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan edib.

***

Məruzəçi hakim Rövşən İsmayılov çıxış edərək bildirib ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın, habelə dairə seçki komissiyalarının protokollarını və onlara əlavə edilən sənədləri fevralın 25-də Konstitusiya Məhkəməsinə təqdim edib. Hakim Rafael Qvaladzenin Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi yekun protokolunun, habelə dairə seçki komissiyalarının protokollarının (onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlanılmasının nəticələrinə dair məruzələri dinlənilib. R. Qvaladze bildirib ki, Mərkəzi Seçki Komissiyasının sənədləri Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmə onların yoxlanılması üçün müvafiq mütəxəssisləri cəlb edib, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddəsinə uyğun olaraq Bakı, Sumqayıt, Gəncə, Şəki Apelyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Ali Məhkəmədən və Respublika Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb edib.

Müəyyən edilib ki, bu orqanlara daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılıb.

***

Sonra MSK-nın sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə məlumat verib. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il dekabrın 5-də “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalayıb: “Bu Sərəncama müvafiq olaraq MSK seçkilərlə bağlı təqvim planı hazırlayıb qəbul edərək seçkilərin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsini təmin edib. Parlament seçkilərinə hazırlıq və səsvermə prosesi Seçki Məcəlləsi əsasında keçirilib. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi addımlar atılıb. Seçkilərdə 20 siyasi partiyanın 246 namizədi iştirak edib. Namizədlərin irəli sürülməsi və qeydiyyatı seçki qanunvericiliyinə uyğun olaraq aparılıb və 1314 namizədin adı seçki bülletenlərinə daxil edilib”.

M.Pənahov namizədlərin qeydiyyatı və təşviqat kampaniyası üçün yaradılan imkanlardan danışıb. Bildirib ki, ümumiyyətlə, namizədlər seçicilərlə görüşlərdə heç bir məhdudiyyət hiss etməyiblər. Namizədlərin seçkiqabağı təşviqatı Seçki Məcəlləsinin tələbinə uyğun, əhatəli və müasir səviyyədə təşkil olunub. Səsvermə günü MSK-ya səsvermənin gedişi ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb. Ümumilikdə, 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

M.Pənahov deyib ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsi, 74 saylı Lənkəran kənd seçki dairəsi, 35 saylı Xətai üçüncü seçki dairəsi, 33 saylı Xətai birinci seçki dairələrinin nəticələri ləğv edilib”.

***

MSK sədri vurğulayıb ki, nəticələri etibarsız hesab edilən seçki məntəqələrində seçki pozuntuları əsasən sosial şəbəkələrdə operativ şəkildə yayılan görüntülərlə bağlı olub: “Bu pozuntular 4-5 faiz həcmində məntəqələrdə baş verib”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …