Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Aktual / “Saytlardakı xəbərləri arxivləşdirmək lazımdır” – Elmi Kitabxananın direktoru

“Saytlardakı xəbərləri arxivləşdirmək lazımdır” – Elmi Kitabxananın direktoru

“Saytlarda, mətbuat orqanlarında yer alan xəbər və məlumatları arxivləşdirmək lazımdır”.

“Report” xəbər verir ki, bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” adlı tədbirdə deyib.

O, saytların arxivlərinin MEK-lə birləşdirilməsini təklif edib. Direktorun sözlərinə görə, bəzi saytların yaddaş imkanı az olur: “Müəyyən müddət keçdikdən sonra köhnə materiallar oradan silinir, müəlliflər və ya oxucular istədiyi hər hansı bir yazını tapa bilmirlər. Bu səbəbdən təklif edirəm ki, fondlarımızı birləşdirək”.

Həmçinin oxuyun

ONUN SEÇİCİLƏRİ DƏ QƏNİRƏ PAŞAYEVAYA ÜZ TUTUR…” – Deputata sərt reaksiya

“Rafiq Məmmədhəsənov 10 ildir 104 saylı Tovuz – Gədəbəy Seçki Dairəsindən deputatdır, ancaq əhali bir …