Çərşənbə axşamı , Dekabr 18 2018
Ana səhifə / Aktual / “Savaşçı”da Naxçıvan ilə bağlı təhrif olunduğu üçün 3 nəfər qovuldu

“Savaşçı”da Naxçıvan ilə bağlı təhrif olunduğu üçün 3 nəfər qovuldu

Rejissor-aktyor Kənan M.M Türkiyənin məşhur və işğal altında olan Qarabağdan da bəhs edilən serialı “Savaşçı”da Azərbaycanın ərazisinin təhrif olunmasından danışıb.

Musavat.com-a açıqlama verən sənətçi 49-cu bölümdə yer alan epizodik səhnədə Naxçıvan Muxtar Respublikasının xəritədən silindiyi görüntüləri belə şərh edib: “Əlbəttə, qəsdlə edilməyib. 19 yaşlı görüntü rəssamı var, o, internetdən götürdüyü şəkili divara vurub. Bilmədən edib. Mən də serialı izləyəndə gördüm. Buna görə iki gündür ki, yatmıram. Etirazımı bildirdim, üzr istədilər. 3 nəfər işdən çıxarıldı. Bu səhvə görə gələn bölüm Naxçıvan xəritəsi ilə başlayacaq və Azərbaycana həsr ediləcəyi yazılacaq. Mən naxçıvanlıyam. Rol aldığım ekran işində belə kobudluğa imkan vermərəm. Bizə nə qədər dəyər verdiklərini serialdan və buradakı münasibətdən görürəm. Təxribatdan söhbət gedə bilməz”.

Xatırladaq ki, azərbaycanlı rejissor Kənan Mahmudov və Elvin Əhmədov aktyor kimi “Savaşçı”da çəkilməyə başlayıb.

Qeyd edək ki, sözügedən məlumatı ilk olaraq minval.info saytı yayıb.

 

 

VIPedu.BIZ

Həmçinin oxuyun

“Elxan Süleymanov Göyçay çayının məcrasını dəyişdirmək istəyir…” (FOTO)

Sayta müraciət edən Göyçay sakini, H.Hacıyev küçəsi ev 31 ünvanında yaşayan Həsənov Seyran Əmirəslan oğlu …