Çərşənbə , Mart 3 2021
Ana səhifə / Aktual / Satışa çıxarılan milyonluq mülklər kimlərə məxsusdur…

Satışa çıxarılan milyonluq mülklər kimlərə məxsusdur…

Prezidentin məmurlarla bağlı çıxışından, islahatlarından və sosial şəbəkələrdə bununla bağlı müzakirələrdən sonra dəbdəbəli, milyonluq əmlaklar satışa çıxarılmağa başlayıb. Əmlak satışını monitorinq edən ekspertlər bildirib ki, son 10 gündə dəbdəbəli malikanələrlə yanaşı, şəhərin mərkəzi hissələrində lüks mənzillərin, biznes obyektlərinin və torpaq sahələrinin satışa çıxarılması sürətlə artıb.
Milyonluq mülklərin birdən-birə satışa çıxarılması məmurların öz əməlləri ört-basdır etməsi üçün bir çıxış yoludurmu? Pandemiya dönəmində və müharibədən çıxmış bir ölkədə bu mülklər üçün alıcı qüvvəsi varmı?
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, burada müəyyən görüntü xarakterli addımlar da var. Onuz sözlərinə görə, bu məsələ vəziyyətdən çıxış yolu olmayacaq.
“Bu zaman-zaman baş vermiş məsələdir. İndi də oxşar məsələ biraz başqa formatda davam etməkdədir. Hesab etmirəm ki, məmurların əksəriyyəti öz əmlaklarını, villalarını çox qısa müddətdə satmaq və ondan əlini üzmək niyyətindədir. Burada təbbi ki, müəyyən görüntü xarakterli addımlar da var. Adətən bizim fəaliyyət sahəmiz elədir ki, bu cür məsələləri daha tez müşahidə edirik. Hər hansısa bir məmur ya öz əmlakını dərhal satışa qoyur, ya qiymətləndirməyə çıxardır və yaxud da kənardan böyük məbləğdə kredit resursu cəlb etmək istəyir və s. İndiki mərhələdə də buna oxşar proses gedir, amma təəssüflər olsun ki, əvvəlki dönəm keçdi artıq. Bazarda o cür milyonluq, bahalı mülklərin alıcıları çox azdır. Əvvəl deyək ki, bu cür məmur şəbəkələri həddindən artıq çox idi. Birinin satdığını digər məmur dərhal ucuz qiymətə alırdı. İndi vəziyyət dəyişib və alıcı tapmaq da problemdir. Buna görə də, hesab etmirəm ki, bu çıxış yoludur”.
Düşünürəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Bəzi məmurlarla bağlı dövlətin müəyyən istiqamətlərdə şüpələri var və məbtuatda müxtəlif istiqamətlərdə informasiyalar da var ki, həmin məmurlar dövlət əmlakını küllü miqdarda mənimsəyib. Hesab edirəm ki, bu cür satışlar o məsələlərin tam şəkildə araşdırılması üçün bir siqnal ola bilər. Bu məsələ vəziyyətdən çıxış yolu olmayacaq. Bu dəfə fərqli bir vəziyyətdir”,- deyə bildirib

Həmçinin oxuyun

“Məni onu qırx ildi tanıyıram, içki içən görməmişəm, ağ eləməyin…” – Deputat

“Onun insanlarla münasibəti, xeyrində-şərində iştirakı, şəhid ailələrinə və qazilərə diqqəti göz qabağındadır. Ağdamın 210 minə …