Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Samira: ‘Yalandan evdə deyirdim ki, rəfiqəmgilə gedirəm’ –VİDEO

Samira: ‘Yalandan evdə deyirdim ki, rəfiqəmgilə gedirəm’ –VİDEO

“Məni dinləmədiyiniz üçün peşman olacaqsız”
ARB TV-nin “Gəlin danışaq” verilişinin qonağı olan müğənni Samira Allahverdi maraqlı açıqlamalar verib.
Sevilən ifaçı, bu sənəti seçdiyi üçün ailəsi ilə problemlər yaşadığını bildirib:
“Uşaq vaxtından oxumağa həvəsli idim. Məktəbdə oxumağıma baxmayaraq, valideynlərim və qardaşım razı olmurdu oxumağıma. Amma indi valideynlər rahatlıqla uşaqlarının mahnı oxumasına razılıq verirlər. O zamanlar xanımlar üçün oxumaq çox çətin idi. Gizli-gizli qruplara qoşulub oxuyurdum. Yalandan evdə deyirdim ki, rəfiqəmgilə gedirəm, amma oxumağa gedirdim. Hər kəs dövlət televiziyasına gedəndə, valideyni ilə gədərdi, amma mən tək gedirdim. Tək olduğum üçün, məni heç kim dinləmirdi, önəmsəmirdilər. Öz-özümə dedim ki, sizə göstərəcəm, məni dinləmədiyiniz üçün peşman olacaqsınız.
Tanınmış müğənni bu sənəti seçdiyinə görə, zaman-zaman peşmançılıq yaşadığını da etiraf edib:
“Mən qapıları döyə-döyə bu sənətə gəlmişəm. Evdə ağlayıb özümü öldürürdüm müğənni olmaq üçün. İndi bu sənətdəki haqsızlıqları görüb deyirəm ki, bütün mübarizəm bunun üçünmüş? Artıq, hər verilişə getmirəm, hər ad gününə getmirəm, adamı hər şeydən soyutdular”.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın