Şənbə , Dekabr 4 2021
Ana səhifə / Aktual / Samir Şərifov onun telefonunu yığan jurnalistə COŞDU, KÜKRƏDİ… – “Kimsiz siz məni yığmısız?”

Samir Şərifov onun telefonunu yığan jurnalistə COŞDU, KÜKRƏDİ… – “Kimsiz siz məni yığmısız?”

Bir neçə gündür sosial şəbəkələrdə ölkədə ərzaq mallarının qiymətlərinin qalxması ilə bağlı müzakirələr gedir. İnsanlar öz sosial şəbəkə hesabında ərzaq qiymətlərinin qalxdığını bildirir. Bu müzakirələrin fonunda ötən gün Milli Məclisdə büdcə müzakirələri zamanı Maliyyə naziri Samir Şərifovun “ölkədə heç bir qiymət artımı yoxdur” deməsi cəmiyyət tərəfindən mənfi qarşılanıb. İnsanlar Samir Şərifovu tənqid edərək, onun ərzaq bazarından xəbəri olmadığını bildirblər.

Bu müzakirələr və fikirlərlə bağlı Manset.az Maliyyə naziri Samir Şərifovla əlaqə saxlayıb. Lakin nazir onu tənqid edənlərə və qiymət artımı məsələsinə aydınlıq gətirməkdənsə, daha asan və özünə sərf edən yolu seçərək, ona bu barədə zəng etməməyi bildirib. Nazir təhdid yolu ilə anlaşılmaz açıqlama verib.

“Kimdir bu mənimlə danışan? Kimsiz siz məni yığmısız? Mən nə lazımdır demişəm, bu barədə danışmayacam. İşlərinizlə məşğul olun, bir də məni yığmayın.(Manşet, bir də bu nömrəni yığmayın!) – deyə, Maliyyə naziri Samir Şərifov bildirib.

Həmçinin oxuyun

Deputat Vüqar İskəndərov Bakı Gənclər Mərkəzində gənclərlə görüşdü- Foto

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı …