Cümə , Oktyabr 18 2019
Ana səhifə / Aktual / Şamaxının baş həkimi işdən çıxarıldı

Şamaxının baş həkimi işdən çıxarıldı

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi işdən çıxarılıb.

“Report”un Şirvan bürosu xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən Şamaxı RMX-nın baş həkimi Elxan Məmmədov vəzifəsindən azad edilib.

E.Məmmədov “Report”un yerli bürosuna öz ərizəsi ilə işdən ayrıldığını bildirib: “8 il idi bu vəzifəni tuturdum. Artıq səhhətimdə yaranan problemlər səbəbi ilə öz ərizəmlə işdən azad olunmuşam”.

Qeyd edək ki, Xəstəxanaya yeni baş həkim təytinatı da olub. Xəstəxananın Reanimasiya şöbəsinin reanimatoloqu Səməd Bəşarətdin oğlu Fətəliyev Şamaxı RMX-nın baş həkimi vəzifəsinə təyin edilib.

Həmçinin oxuyun

Azərbaycanın Zəngilan şəhərində erməni bayrağı atında müşavirə keçirildi-FOTOLAR

Müstəqil(!) Azərbaycan Respublikasının 26-cı ildir ki, işğal altında qalan Zəngilan rayon mərkəzində qondarma separatçı-terrorçu rejimin …