Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / ŞAMAXIDAKI ÇADÜGƏR SVETANI KİM HİMAYƏ EDİR? – QARA MAQİYANIN QURBANLARI ARTIR

ŞAMAXIDAKI ÇADÜGƏR SVETANI KİM HİMAYƏ EDİR? – QARA MAQİYANIN QURBANLARI ARTIR

Dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qərar layihəsi hazırlanması barədə məlumatı bir müddət əvvəl  komitə sədri Mübariz Qurbanlı bildirmişdi.

Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını deyən M. Qurbanlı qeyd edib ki, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq: “Səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir”.

Komitə sədri bildirib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar.

Xatırladaq ki, bir müddət öncə bir neçə falçı dələduzluq etdiyi üçün həbs edilib. Ötən il ilanla fala baxdığını deyən, Bakıda məşhur ekstrasens Tamilla Salamova vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsəməkdə şübhəli bilinib.
T.Salamova kanallardan birində yayımlanan yarışmanın qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb. Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.

Tamilla Salamova

Ötən ilin avqust ayında isə məmurların dostu olan falçı Saraxanım Babayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bir zamanların tanınmış ekstraseslərindən olan, “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü “Həzrət Sabir” kimi təqdim edən 48 yaşlı Sabir Abbasov öz qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olub. O da dələduzluqda ittiham edilərək həbs edilib.

Həzrəti Sabir

Maraqlıdır ki, paytaxtda  tanınmış cadugər və şarlatanlarla bu şəkildə mübarizə aparıldığı halda, əyalətlərdə bu biznes növü çiçəklənməkdədir.  Azinforum.az-ın əldə etdiyi məlumata görə, hazırda baxıcılıq  adı ilə insanların etibarından sui-istifadə hallarına daha çox  rast gəlinən  rayonlardan biri də Şamaxıdır. Rayon sakinlərindən aldığımız məlumata görə, həmin baxıcılardan ən tanınmışı Sveta adlı xanımdır. Deyilənə görə, Svetanın qəbuluna düşmək elə də asan məsələ deyil. Hər gün onun evinin qarşısında böyük növbələr düzülür. Bu faktın özü  yerli hüquq-mühafizə orqanlarının Svetanın biznesindən xəbərdar olmamalarına dair versiyanı alt-üst edir. Bizə məlumat verən mənbə bildiri ki, Sveta daha çox “qara maqiya” ilə məşğul olduğu üçün onun müştəriləri digər falçılardan çoxdur:

“Onun qəbuluna kimlər gəlmir… Bir gün həyətinin qabağında müşahidə aparsanız bütün Azərbaycanın rayonlarından onun “xidmətləri” üçün kimlərin müraciət etdiyini görərsiniz. Müştərilərinin sırasında ən tanınmış məmurlara, iş adamlarına da rast gəlmək mümkündür”.

Azinforum.az olaraq məlumatı dəqiqləşdirmək üçün Sveta xanımın əhalinin böyük qisminə məlum olan telefonu ilə əlaqə saxladıq. Bizə bildirildi ki, istənilən vaxt onun qəbuluna düşə bilərik. Təqdim edilən ünvandan da göründü ki, Sveta xanım Şamaxının hansısa ucqar kəndində deyil,  rayon polis idarəsinə  yaxın bir ərazidə yaşayır.  Sveta cadunun ən pis növü ilə məşğul olduğu üçün, tez-tez onun evinə narazı və bəxti bağlanmışlar müraciət edir. Əksər hallarda isə belə başçəkmələr böyük dava-dalaşla nəticələnir. Maraqlıdır ki, yerli polis Sveta ilə bağlı hər hansı ciddi hüquqi ölçü götürmür.

Əlaqə saxladığımız Şamaxı Rayon Polis İdarəsinin növbətçi hissəsindən isə bizə bildirdilər ki,  belə adam barədə onlarda məlumat yoxdur.

Mövzuya qayıdacayıq…

Çinarə SEYİDOVA

Azinforum.az

 

 

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın