Çərşənbə , May 22 2019
Ana səhifə / Aktual / Şamaxı yolunda “protiv” gedən “Kamaz” sürücüsü həbs edildi – VİDEO

Şamaxı yolunda “protiv” gedən “Kamaz” sürücüsü həbs edildi – VİDEO

Bakı-Şamaxı yolunda əks istiqamətdə axına qarşı hərəkət edən 19-BD-716 qeydiyyat nişanlı “Kamaz” markalı avtomobilin sürücüsünün görüntüləri Avtosfer.az saytdında işıqlandırılıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dərhal rekasiya verərək bu məsələni ciddi nəzarət altına alıb və sürücünü aşkar edib. Bu, Qobustan rayonu, Nardəran kənd sakini Baxışov Mahir Haxverdi oğludur. Sürücünün hərəkətində avtoxuliqanlıq əlamətləri olduğuna görə iş məhkəməyə göndərilib. Mayın 4-də Qobustan rayon Məhkəməsi tərəfindən həmin sürücü barədə qərar qəbul olunub. Qərara əsasən sürücü Mahir Baxışov barəsində 15 gün müddətində inzibati həbs tətbiq olunub və onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb.

Həmçinin oxuyun

AZƏRBAYCANIN SABİQ NAZİRLƏRİ BİR ARADA – “Range Rover”də 4 nəfər… – FOTOLAR

Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər. Lent.az-ın əldə etdiyi məlumata görə, eks-nazirlər …