Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / ŞAMAXI ŞARLATAN VƏ CADÜGƏRLƏR ÜÇÜN MÜNBİT MƏKANA ÇEVRİLİB – RƏZALƏT

ŞAMAXI ŞARLATAN VƏ CADÜGƏRLƏR ÜÇÜN MÜNBİT MƏKANA ÇEVRİLİB – RƏZALƏT

Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmandır, yəni İslam dininə sitayiş edir.  Bu dinin tələblərinə görə, falçılıq, cadugərlik haram sayılır. Ancaq buna baxmayaraq, bütün dünyada olduğu kimi, Azərbaycanda da  cadugər və falçılarla  meyl çoxdu. Bundan istifadə edən bəzi işbazlar əhalinin incə maraqları ilə oynamaqla, dediyimiz fəaliyyətdən istifadə edərək,  özlərinə böyük varidat toplamağı bacarıblar. Dinimizdə haram buyrulan həmin fəaliyyət qanunvericiliklə də qadağan edilib. Son bir neçə il ərzində həmin qanunsuz fəaliyyət sahəsində “çalışan”  ən tanınmışlardan  bəzilərinin cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi bir daha sübut etdi ki, onların əksəriyyəti baxıcılıq adı ilə dələduzluqla məşğul olub. Azinforum.az-ın bu shədə apardığı araşdırmadan sonra məlum olub ki,  bir müddət öncə, Bakıda məşhur ekstrasens Tamilla Salamova vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsəməkdə şübhəli bilinib.

Kanallardan birində yayımlanan yarışmanın qalibi olan Tamillanın ayrı-ayrı verilişlərə qonaq qismində qatıldığının da şahidi olmuşuq. “Ekstrasensin” şəxsi saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. Məlum olub ki, o, evində ilan saxlayıb, fala da ilanlarla baxırmış.

 

sham

 

Ötən ilin avqust ayında isə məmurların dostu olan falçı Saraxanım Babayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bir zamanların tanınmış ekstraseslərindən olan, “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü “Həzrət Sabir” kimi təqdim edən 48 yaşlı Sabir Abbasov öz qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olması üzə çıxdı və nəticədə o da dələduzluqda ittiham edilərək həbs edildi. Təyin olunan cəzanı çəkdikdən sonra, “Həzrəti Sabir” yenicə azadlığa çıxa bilib.

Bu cür əməllərə görə, həbs edilənlərdən biri də, “Space” telekanalındn yaxşı tanıdığımız İlham Mirzəyev olub. Bir müddət həbs həyatı yaşayandan sonra, İlham Mirzəyev də  yenicə azadlığa buraxılıb.

Adları təsadüfən çəkmirik. Bildirmək istəyirik ki, ölkədə bu cür şarlatanlıqla ən yuxarı səviyyədə mübarizə aparılmasaydı, həmin sahənin ən tanınmış simaları hüquqi məsuliyyətə cəlb edilməzdilər.

 

pul

Ancaq Azinforum.az-a daxil olan dəqiq məlumatlardan bəlli olur ki, ölkənin heç də bütün subyektlərində şarlatanlıq və cadügərliklə lazımi səviyyədə mübarizə aparılmır. Cadügərlərin əsl meydan suladığı rayonlardan biri də Şamaxıdır. Bu rayonun mərkəzi və bəzi kəndlərində fəaliyyət göstərən cadügər və baxıcılara elə kamfort şərait yaradılıb ki,  müştəri bolluğundan vaxt tapıb onların  qəbuluna düşmək belə  olmur.

Rayon sakinlərindən aldığımız məlumata görə, həmin baxıcılardan ən tanınmışı Sveta adlı rus xanımdır. Deyilənə görə, Svetanın qəbuluna düşmək elə də asan məsələ deyil. Hər gün onun evinin qarşısında böyük növbələr düzülür. Bu faktın özü yerli hüquq-mühafizə orqanlarının Svetanın biznesindən xəbərdar olmamalarına dair versiyanı alt-üst edir. Bizə məlumat verən mənbə bildiri ki, Sveta daha çox “qara maqiya” ilə məşğul olduğu üçün onun müştəriləri digər falçılardan çoxdur:

“Onun qəbuluna kimlər gəlmir… Bir gün həyətinin qabağında müşahidə aparsanız bütün Azərbaycanın rayonlarından onun “xidmətləri” üçün kimlərin müraciət etdiyini görərsiniz. Müştərilərinin sırasında ən tanınmış məmurlara, iş adamlarına da rast gəlmək mümkündür”.

Azinforum.az olaraq məlumatı dəqiqləşdirmək üçün Sveta xanımın əhalinin böyük qisminə məlum olan telefonu ilə əlaqə saxladıq. Bizə bildirildi ki, istənilən vaxt onun qəbuluna düşə bilərik. Təqdim edilən ünvandan da göründü ki, Sveta xanım Şamaxının hansısa ucqar kəndində deyil, rayon polis idarəsinə yaxın bir ərazidə yaşayır. Sveta cadunun ən pis növü ilə məşğul olduğu üçün, tez-tez onun evinə narazı və bəxti bağlanmışlar müraciət edir. Əksər hallarda isə belə başçəkmələr böyük dava-dalaşla nəticələnir. Maraqlıdır ki, yerli polis Sveta ilə bağlı hər hansı ciddi hüquqi ölçü götürmür. Hətta bizdə olan dəqiq məlumata görə, Şamaxıda rəhbər vəzifədə təmsil olunan  bəzi məmurların və yerli  hüquq-mühafizə orqanlarında çalışan  şəxslərin ailə üzvləri də həmin cadügərlərin müştəriləri sırasındadır.

 

 

Şamaxıdakı şarlatanların siyahısını yalnız Sveta ilə qapamaq olmaz. Rayonun bəzi kəndlərində də bu fəaliyyətlə çox məşğul olunur. Təkcə Şamaxı şəhərinin özündə baxıcı adı ilə  bir neçə  cadügər ünvanı fəaliyyət göstərir. Bir-birilə rəqabət olan həmin baxıcılar fəaliyyət göstərmələri üçün özlərinə dha yuxarı səviyyədə “krışa” tapmağa çalışırlar və tam məsuliyyətilə demək olar ki, rayon rəhbərliyi səviyyəsində buna nail də ola biliblər. Belə olmasaydı, Şamaxıdakı cadügərləri də İlham Mirzəyev, “Həzrəti Sabir”, Tamilla və  respublika səviyyəsində tanınmış bəxtə baxanların aqibəti gözləyərdi. Şamaxıdakı əlaqədar qurumların baxıcılarla mübarizə aparmamasını iki faktorla izah edə bilərik. Biri korporativ maraqların təmin olunmasıdır, digəri isə cadu olunmaq qorxusu. Hər halda, birinci daha inandırıcı görünür. Mövzuya qayıdacayıq…

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …

Bir cavab yazın