Ana səhifə / Aktual /  ŞAMAXI SAKİNİ ÖZ İCRA BAŞÇISINDA NARAZIDIR – “Məndən sosial yardım almaq üçün 1200, təqaüdümü düzəltməyə isə 2000 manat pul  istəyirlər”

 ŞAMAXI SAKİNİ ÖZ İCRA BAŞÇISINDA NARAZIDIR – “Məndən sosial yardım almaq üçün 1200, təqaüdümü düzəltməyə isə 2000 manat pul  istəyirlər”

Şamaxı rayon Qəleybuğurt kənd sakini  İslamiyev Mehralı Məmməd oğlu Azinforum.az-a etdiyi şikayətdə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev və onun rayondakı məmurlarının əlindən təngə gəldiyini bildirib. Şikayətçi deyir ki, o rayonda qanuni haqlarını təmin edə bilmir:

“Mən və ailəm acınacaqlı vəziyyətdə yaşayırıq. Dəfələrlə Şamaxı Rayon  İcra Hakimiyyətinin başçısına müraciət etməyimə baxmayaraq, mənə kömək edən yoxdur. Bir dəfə şəxsən başçının qəbulunda olmuşam. İki dəfə də müavinlərinin. Yenə qanuni haqlarımın bərpası üçün yerli məmurlar məndən rüşvət istəyir. Mənim  gəlinim ağır xəstədir. Bir oğlum da əskərlikdən xəstəliyə görə “komsovat” olunub gəlib. Dalıyca dünyaya gələn nəvəmdə anadangəlmə sifətində ciddi  xəstəlik var. Bizimlə birgə yaşayan qızımın da övladı ağır xəstədir. Bir sözlə, 9 nəfərdən ibarət ailə ağır vəziyyətdə yaşayır. Bir yerdən də olsun gəlirimiz yoxdur. Mən bu vəziyyətdə olan ailə üçün adi sosial yardımı ala bilmirəm. Rayon Sosial Müdafiə İdarəsində mənə bildirdilər ki, bu pulsuz düzəlmir. Mən isə dedim ki, cənab Prezident bu yardımın bizim kimi kasıblara verilməsini tövsiyyə edib. Mən niyə pul verməliyəm? Baxdım ki, dərəbəylikdi. Məcbur oldum Prezidentə və əlaqədar dövlət qurumlarına şikayət ünvanladım. Hələ ki, həmin məktub və teleqramlara cavab gəlməyib.  Fürsətdən istifadə edib sizin sayt vasitəsilə yenidən əlaqədar dövlət qurumlarına müraciət edirəm ki, Şamaxıdakı özbaşınalığa əncam çəksinlər.

ushaq

 

Allahın köməkliyi ilə nəvəmin müəlicəsini bir nəfər gözəl xanım öz üzərinə götürdü. Heç adının açıqlanmasını belə istəmədi. Hazırda nəvəmin Bakıda müalicəsi gedir, ayın 2-sində əməliyyat olunacaq. Bu əməliyyatın qiyməti 4.500 manat idi. Mən o pulu necə düzəldə bilərdim? Şamaxıdakı rəhbərlik heç mənim müavinətimi özümə vermir. Hazırda məndən sosial yardım almaq üçün 1200 manat pul istəyirlər. Lazımı araşdırılma aparılsa, həmin adamın adını da deyə bilərəm. Mənə heç pensiya da vermirlər. Bunun üçün də məndən 2000 manat pul istəyirlər. Sosial müdafiə naziri Şamaxıya gəlib əhali ilə görüş keçirəndə mənə onun qəbuluna düşməyə imkan vermədilər. Sizdən çox xahiş edirəm ki, mənim səsimi ölkə rəhbərliyinə çatdırasınız. Qoy bilsinlər ki, Şamaxı rayonundakı bəzi məmurlar dövlət qanunlarını öz mənfəətləri üçün  necə işlədirlər”.

Azinforum.az olaraq  bizə edilən şikayətlə  bağlı Şamaxı Rayon İcra Hakimiyyəti ilə  əlaqə saxlamaq cəhdlərimiz heç bir səmərə vermədi. Qarşı tərəf kimi onların da cavab haqqını tanıyırıq.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

 

sak

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın