Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Aktual / Şamaxı mədəniyyət evinin müdiri Tamam Cəfərovanın alovlu təbliğatçılığından əl çəkmir – FOTO

Şamaxı mədəniyyət evinin müdiri Tamam Cəfərovanın alovlu təbliğatçılığından əl çəkmir – FOTO

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd olan, ehtiyatdakı polkovnik Əzizağa Süleymanov yenidən MSK sədri Məzahir Pənahova müraciət edib. Azinforum.az namizədin sosial şəbəkədəki hesabında yaydığı müraciətin mətnini və fotoları təqdim edir: “MSK sədri hörmətli Məzahir Pənahovun nəzərinə.
Hörmətli sədr, 85 saylı Şamaxı seçki darəsində Şamaxı rayon mədəniyyət evinin müdüri əvəzi Rəfail Hüseynov 28 yanvar tarıxındə Mədəniyyət evinin açlışı adı ilə rayon rəhbərliyi tərəfindən aldadılıb klubun açılışına gətirilən müəllim və həkimlərin qarşısında çıxış edən deputatlığa namizəd Tamam xanım Cəfərovanın alovlu nitqindən nə təhər cuşa gəlibsə, üstündən üç gün keçməsinə baxmayaraq, Tamam xanımın şəkili olan posterləri Mədəniyyət evinin girişinin sağ və solunda hələ də aslı saxlayıb”.

Qeyd edək ki, bundan əvvəl də, KİV-lərdə Rəfail Hüseynovun qanunazid olaraq, Tamam Cəfərovanın təbliğat tədbirlərində iştirakını sübut edən fotolar yayılıb. Təəssüflər olsun ki, Şamaxı rayon rəhbərliyi və DSK bununla bağlı hələ də tədbir görmür.

Azinforum.az

Həmçinin oxuyun

Yeni təyin olunan xanım nazir müavininin ertotik rəqs görüntüsü – VİDEO

Sosial şəbəkələrdə Gənclər və idman nazirinin müavini təyin olunan Marina Vasilevanın erotik rəqs etdiyinə dair …