Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Şamaxı ağsaqqalları birləşdi – Fotolar+Video

Şamaxı ağsaqqalları birləşdi – Fotolar+Video

Yüzdən çox nəslin ağsaqqalı Şamaxıdan deputatlığa namizəd, gənc hüquqşünas alim Əsgərov Natiq Fərhad oğluna dəstək olduqlarını deyərək, hamını ona səs verməyə çağırıb.

Natiq Əsgərov ilə Şamaxı ağsaqqallarının möhtəşəm görüşü keçirilib. Şamaxı ağsaqqalları öz çıxışlarında bildiriblər ki, Natiq Əsgərov bu gənc yaşında istər elmdə, istər əmək fəaliyyətində, istərsə də sosial-ictimai həyatda qazandığı uğurları ilə, öz tərbiyəsi, əxlaqı, savadı ilə onları qürurlandırır. Onlar qeyd edirlər ki, tanınmış nüfuzlu və hörmətli nəslin nümayəndəsi olan Natiq Əsgərov bütün Şamaxının, Azərbaycanın övladı adını qazanıb: “Biz fəxr edirik ki, belə gənclərimiz var və Azərbaycanın gələcəyini belə gənclərə etibar etmək olar”.

Odur ki, Şamaxı ağsaqqalları parlamentdə və beynəlxalq aləmdə Şamaxını və bütün Azərbaycanı ləyaqətlə təmsil edə biləcəyinə inandıqları üçün bütün Şamaxı seçicilərini Əsgərov Natiq Fərhad oğluna səs verməyə çağırıblar.

“Qafqazinfo” həmin görüşdən bəzi çıxışları təqdim edir:

Həmçinin Natiq Əsgərov Şamaxının kənd və qəsəbələrində seçicilərlə görüşlər keçirərək, platformasını təqdim etməkdə davam edir. O, 2 fevral 2020-ci il tarixində, bazar günü saat 11:30-da Şamaxı rayon Mədəniyyət Mərkəzində Şamaxı şəhər seçicilərinin kütləvi iştirakı ilə geniş tərkibdə görüş keçirəcək. Daha sonra məhəllə, küçə və evlərdə görüşləri davam etdirəcək.

“Qafqazinfo” görüşlərdən çəkilmiş bəzi fotoşəkilləri təqdim edir:

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …