Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Aktual / Salyanlı seçicilər Fəzail Ağamalıdansa, ATXEM sədrinin deputat olmasını istəyir – SƏBƏB…

Salyanlı seçicilər Fəzail Ağamalıdansa, ATXEM sədrinin deputat olmasını istəyir – SƏBƏB…

Azinforum.az xəbər verir ki, qarşıdan gələn parlament seçkilərinə qalan müddət azaldıqca, namizəd olmaq istəyən şəxslərin də fəallaşması nəzərə çarpır. Seçki ərəfəsi gərginliyə impuls verən əsas faktorlardan biri də, hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin siyahısını açıqlamamasıdır. Lakin bu faktora önəm verməyən iddialılar da az deyil.
Oxşar kateqoriyalı iddialılara əsasən hazırkı deputatların sırasında rast gəlmək mümkündür. Məsələn, Qax seçki dairəsindən son iki çağırış mandat əldə etmiş Azər Kərimli və Salyanın deputatı olan, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını belələrinin sırasına aid edə bilərik. Onlar sanki seçildikləri dairəni vacant yer kimi qəbul edərək, yenidən mandat qazanmaq həvəsi ilə köhnə məkana üz tutmağı daha əlverişli variant sayırlar.
Bəs həmin deputatlara səs verib, mandat qazandırmış yerli əhali onların 10 illik fəaliyyətindən razıdırmı?
Azinforum.az Salyan rayonunda keçirdiyi sorğu zamanı yerli əhalinin Fəzail Ağamalının 10 illik deputat fəaliyyətindən narazı olduqlarına dair qənaətə gəlib. Əsas da rayonun Qarabağlı adlanan kəndinin sakinləri ilə etdiyimiz söhbət zamanı onlar özlərinə yeni deputat seçmək niyyətində olduqlarını belə gizlətmədilər:
“Fəzail Ağamalı ölkədə tanınmış adamdı, siyasi proseslərdəki aktivliyi nəzərə çarpır, ancaq biz bu dinamizmi onun rayonla bağlı fəaliyyətində də görmək istəyirik. Kəndimizin kifayət qədər problemi var. Heç birinin həllində o, bizə kömək etmədi. Beş ildən bir, yalnız seçki xatirinə biz yada düşəcəyiksə, bizə belə deputat lazım deyil”.
Qeyd edək ki, rayonda olduğumuz müddətdə yerli əhali arasında başqa bir şəxsin aktiv təbliğatının aparıldığını hiss etdik. Düzdür, təbliğata rəsmən start verilmədiyi səbəbindən həmin adamın adını ağızlardan eşitdik və sonda belə qənaətə gəldik ki, həmin şəxsin də 60 saylı Salyan-Neftçala seçki dairəsindən millət vəkili seçilmək iddiası var.
ilham ismayilov
Ainforum.az-ın əldə etdiyi məlumata görə, söhbət Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham Surxay oğlu İsmayılovdan gedir. Onun namizədliyi son iki seçkidə də məhz 60 saylı Salyan-Neftçala seçki dairəsindən irəli sürülüb. Əhali arasında barəsində indidən namizəd olacağına dair söz-söhbətin olmasnı nəzərə alaraq, həmin şəxsin tərcümeyil halına qısa nəzər saldıq.
İlham İsmayılov 1960-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub.
Doğulub, boya-başa çatdığı Salyan rayonunda fəhlə kimi əmək fəaliyyətinə başlayan İlham İsmayılov sonralar Salyan rayonunda emalatxana müdiri və kiçik asossiasiya rəhbəri olub.
1992-94-cü illərdə Salyan rayonu Kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi vəzifəsində çalışıb. 1994-98-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyində Kənd təsərrüfatı pambıq emalı və satış idarəsinin rəis müavini vəzifəsində çalışan İlham İsmayılov 1998-ci ildən biznes fəaliyyəti ilə məşğul olub, 1998-ci ildən bu günə kimi “Klassik A.İ” şirkətinin direktorudur. Bizneslə məşğul olduğu dövrdən ictimai fəaliyyətə də önəm verən İlham İsmayılov 2007-ci ildə təsis etdiyi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri seçilib.
İlham İsmayılov həm də bütün Türk Dünyasında yayımlanan “Birlik” jurnalının təsisçisidir.


İlham İsmayılovun qarşıdan gələn seçkilərdə məhz həmin dairədən seçilə bilməsi şansınıartıran amillərdən biri də, onun əslən Salyan rayonundan olmasıdır. Eyni zamanda, biznesmen olan İlham İsmayılov yaxından tanıdığı yerli əhali ilə sıx təmasda olub, onların müəyyən ehtiyaclarının ödənməsinə köməklik göstərib.
Bütün bunlar seçki öncəsi Salyanda gəzən söz-söbətlərdi ki, biz də eşitdiklərimizi yazdıq. Ancaq son sözü qutudan çıxan səslərin sayı deyəcək.
Yazıda adları çəkilən şəxslərin hər birinin mövqeyini dinləməyə hazırıq.
G. SEYİDOVA,
AZİNFORUM.AZ

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …

Bir cavab yazın