Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Salyanın keçmiş başçısı ilə bağlı SENSASİON İDDİA: “Tahir Kərimov iş adamı olan toy sahiblərindən pul tələb edirmiş…”

Salyanın keçmiş başçısı ilə bağlı SENSASİON İDDİA: “Tahir Kərimov iş adamı olan toy sahiblərindən pul tələb edirmiş…”

Salyan Rayon İcra Hakimiyyətinin başçısı olmuş (2011-2016-cı illərdə) Tahir Kərimovla bağlı maraqlı məlumat açıqlanıb. 


Salyandan olan iş adamları Demokrat.az-a bildirib ki, Tahir Kərimov bu rayonda icra başçısı işlədiyi vaxtı yerli sahibkarlardan biri onu övladının toy məarsiminə dəvət edib. Dəvətnamə Tahir Kərimova çatandan az sonra icra başçısının köməkçisi iş adamına zəng edərək, dəvətnamənin içərisinin niyə boş göndərilməsi barədə sual edib.


Sözügedən iş adamı deyir ki, Tahir Kərimovun köməkçisi ona zəng edib bu sualı verən zaman ilk anda bunun mahiyyətini anlamayıb.


“Ancaq sonra Salyandan olan başqa bir iş adamı dostum da mənə bildirdi ki, bizim kimi adamlar tərəfindən Tahir Kərimov toya dəvət edilən zaman dəvətnamənin içərisində mütləq pul göndərilməlidir. Əks təqdirdə Tahir Kərimov həmin toya qatılmayacaqdı. Hətta, o, pul göndərilmədiyinə görə toy keçirilən yerin işıqlarını söndürürdü. Bu onun adəti idi. Buna görə də biz məcburiyyətdən Tahir Kərimovu icra başçısı kimi toya mütləq dəvət edirdik. Özü də dəvətnamənin arasında mütləq pul göndərirdik…”, – deyə sahibkar əlavə edib. 

Sözügedən ittihamlarla bağlı Tahir Kərimovun telefon nömrələrinə zəng etsək də, zəngimizə cavab verən olmayıb. 

Həmçinin oxuyun

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra  Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi …