Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Salyanda dəhşət: 9 yaşlı uşaq 3 yaşlı qardaşını tüfənglə öldürdü

Salyanda dəhşət: 9 yaşlı uşaq 3 yaşlı qardaşını tüfənglə öldürdü

Salyan rayonunda odlu silahdan istifadə edilməklə törədilən və azyaşlının ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, bu faciə iyunun 5-də saat 20 radələrində Salyan rayonunun Düzənlik kəndində yaşanıb. 3 yaşlı oğlan 9 yaşlı qardaşı tərəfindən güllə ilə vurularaq öldürülüb.

Belə ki, kənd sakini Telman Məmmədovun Bakıda yaşayan oğlu Vüqar Məmmədov oğlanları – 3 yaşlı Telman və 9 yaşlı Rəmzi ilə birlikdə atası evinə qonaq gəlib. Telman Məmmədov təsərrüfatını ziyanvericilərdən qorumaq üçün evindəki köhnə ov tüfəngini həmişə atəşə hazır saxlayırmış. Böyüklərin nəzərindən yayınan 9 yaşlı Rəmzi babasının ov tüfəngini götürərək  3 yaşlı qardaşı ilə oynamaq istədikdə ehtiyatsızlıqdan atəş açılıb. Güllə uşağın baş nahiyəsindən dəyib. Azyaşlı yerindəcə keçinib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın