Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Salam Sarvandan orfoqrafiya lüğətindəki biabırçı sözlərə etiraz- Fahişəolma, ağacgəmirmə, bəstiqoyma…

Salam Sarvandan orfoqrafiya lüğətindəki biabırçı sözlərə etiraz- Fahişəolma, ağacgəmirmə, bəstiqoyma…

Şair Salam Sarvan 2004-cü və 2014-cü illərdə Nəsimi adına Dilçilik İnstitutu tərəfindən nəşr edilən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” haqqında fikirlərini qeyd edərkən, xeyli sayda biabırçı və gərəksiz sözlərdən də bəhs edib.
Moderator.az xəbər verir ki, şair diqqəti yeni yaranan sözlərə və söz yazılşılarına yox, lüğətdə yer almış bəzi gərəksiz sözlərə yönəldib:
““Ağacgəmirmə, arvadoğlu, asfaltsifət, ağızdanolma, bəstiqoyma, butulkaboğaz, buynuzaməxsus, cordanabənzərlər, cırrıtgetmə, cəmdəkyemə, çəngəlvarılıq, dodaqaltıazaylanma, donuzbala, çoşqabala, əndə-məndə, əngəbəngə, əsəbiyyəçi, əzginiş, fısafısetmə, fahişəolma, fisqü-ficurluq, gəzmələrdənolma, göbəkyazma, konfranszəng, lortçulökdodaq, milliləşdirmənigötürmə…
Sayı 40000-dən artıq olan bu biabırçı “sözlərin” bu günə qədər hörmətli dilçilərimizin və onların havadarlarının nəzər-diqqətini cəlb eləməməsi ciddi sual doğurur. Dilimizi təhqir edən bu “sözlər”in lüğətlərdə yer almasına məsuliyyət daşıyan dilçilərimiz, ilk əvvəl, qoy bu suala cavab versinlər”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …