Ana səhifə / Aktual / Şair Murad Köhnəqala da saxlanıldı – AÇIQLAMA

Şair Murad Köhnəqala da saxlanıldı – AÇIQLAMA

Şair Murad Köhnəqala da saxlanılıb.

Dia.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Şəlalə Göytürk Arqument.az-a məlumat verib.

O bildirib ki, dünən günorta saatlarından Murad Köhnəqaladan məlumat ala bilməyib.

Yoldaşı deyir ki, Murad Köhnəqalanı 18-ci polis bölməsində görüblər.

“Dünən danışdım, şəhərdə idi. Günortadan sonra əlaqə saxlamaq mümkün olmadı. Murad ayın 16-17-də Kəramətlə qalıb. Kəramət canlı yayıma çıxanda valideynləri zəng edib ondan xahiş ediblər ki, Kəraməti dayandırsın. Kəramətlə aralarında mübahisə yaranıb, Kəramət söyüb Muradı. Murad da onun evini tərk edib. İndi sosial şəbəkələrdə ağzına gələni yazanlar işin əslini bilmirlər”, – Şəlalə Göytürk deyib.

Daxili İşlər Nazirliyi və Bakı Baş Polis İdarəsinin mətbuat xidmətləri Murad Köhnəqalanın saxlanılmasından məlumatsız olduqlarını deyiblər.

Avqustun 18-də yazıçı Kəramət Böyükçölün qonşuların şikayəti əsasında saxlanıldığı deyilir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …