Şənbə , Fevral 24 2024
Ana səhifə / Aktual / Şahin Seyidzadəyə şok korrupsiya ittihamı – İçərişəhərə daxil olan avtomobillərdən yığılan pullardan tutmuş…

Şahin Seyidzadəyə şok korrupsiya ittihamı – İçərişəhərə daxil olan avtomobillərdən yığılan pullardan tutmuş…

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə bu dövlət qoruğunu şəxsi biznes obyektinə çevirib.
İçərişəhərdə yaşayan insanların problemləri, tələbləri onun üçün heç bir əhəmiyyət kəsb etmir.

İçərişəhərə daxil olan avtomobillərdən gün ərzində yığılan 8 min manat vəsait rəsmiləşdirilmir. Bundan başqa İçərişəhərdə baş tutan film çəkilişləri və digər tədbirlərdən alınan vəsaitlər də mənimsənilir”.

Bu sensasion iddia ilə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Ağsaqqallar Şurası sədrinin müavini Saləddin Allahverdiyev Gununsesi.info-ya müraciət edib.

Saytımıza müraciət edən Saləddin Allahverdiyev bildirib ki, Qoruqda baş verən neqativ halları Şahin Seyidzadəyə məktublar şəklində yazsa da heç bir tədbir görülməyib.

Redaksiyadan: Bu iddialarla bağlı Qoruğun mətbuat katibliyinə ünvanladığımız sorğu cavabsız qaldığından qarşı tərəfin mövqeyini işıqlandıra bilmədik.

Həmçinin oxuyun

Paşinyanın müavini Kamil Zeynallıdan danışdı: “Əminəm, amma təfərrüatlara varmayacam”

İrəvan tərəfindən axtarışda olan Kamil Zeynallının Rusiya tərəfi tərəfindən Bakıya ekstradisiyası ilə bağlı Ermənistan müvafiq …