Ana səhifə / Aktual / Sahil Babayevin işçisi “gül vurur”… – Səlim Müslümovun dövründəki kimi…

Sahil Babayevin işçisi “gül vurur”… – Səlim Müslümovun dövründəki kimi…

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Həmid oğlu Süleymanov 2007-ci il martın 13-də Çexiyada daşınmaz əmlak şirkətini qeydiyyatdan keçirib”.

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbukda yazıb.

“NAKA COMPANY S R.O. məşhur kurort şəhəri Karlovı Varıda Vítězná 1305/18 ünvanında Pilsen regional ədliyyəsində nizamnamə kapitalı 200 min kron olmaqla 27975053 saylı lisenziya ilə qeydiyyata alınıb”, – o bildirib.

Onun sözlərinə görə, şirkətin təsisçiləri Elnur Süleymanov, onun valideynləri Həmid və Nəzakət Süleymanovalar, eləcə də Milli Onkologiya Mərkəzinin şöbə müdiri, 1981-ci il təvəllüdlü Zarema Əfəndiyevadır.

Jurnalist qeyd edib ki, 1976-cı il təvəllüdlü Elnur Süleymanov 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının riskli kreditlərin idarə olunması şöbəsinə rəhbərlik edib, daha sonra “Allianz” şirkətinin baş ofisində çalışıb, 2003-cü ildə Rusiyada Avtonəqliyyat vasitələrinin sığortası mərkəzində direktor müavini təyin olunub.

2014-cü ildə Rusiyada fəaliyyət göstərən “СОГЛАСИЕ” ООО sığorta şirkətinə baş direktor vəzifəsinə təyin olunub.

2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsində çalışır.

Linkləri tıklayıb, sənədlərlə tanış ola bilərsiniz.

Sahil Babayevin işçisi "gül vurur"...
Sahil Babayevin işçisi "gül vurur"...
Sahil Babayevin işçisi "gül vurur"...
Sahil Babayevin işçisi "gül vurur"...
Sahil Babayevin işçisi "gül vurur"...
Sahil Babayevin işçisi "gül vurur"...

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …