Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Sahil Babayevin işçiləri bu uşağa əlillik dərəcəsi təyin etməkdən imtina etdi – Şikayət + FOTO

Sahil Babayevin işçiləri bu uşağa əlillik dərəcəsi təyin etməkdən imtina etdi – Şikayət + FOTO

Ucar rayonu Qulabənd kənd sakini Bayramova Nigar Tofiq qızı tərəfindən Mia.az-a şikayət məktubu daxil olub.
Xanım şikayətçi yazır ki, övladı 21 dekabr 2016-cı il tarixdə dünyaya gəlmiş Bayramov Məhəmməd Xalid oğlu anadan şikəst doğulub: 
“Balaca Məhəmmədin sol qolu iflic olmaqla iki barmağı yoxdur, sağ əlinin isə iki barmağı şikəstdir. Buna görə əlillik dərəcəsi təyin edilməsi üçün sənədləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasına göndərildi.
TSEK-ı anadan şikəst doğulmuş balaca Məhəmmədə əlillik dərəcəsi təyin olunmasından qanunsuz olaraq imtina etmişdir. 
Qeyd edim ki, ilk olaraq biz bunun texniki səhv olmasını düşündük. Ancaq sonradan Ucar rayon xəstəxanasında bizə bildirdilər ki, texniki səhv deyil, konkret imtina ediblər.
Mən bu qanunsuzluq, biabırçılıq barədə Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayevə ərizə ilə müraciət etdim. Ancaq 1 aydan çoxdur ki, nazir Sahil Babayev ərizəmə cavab verməyib.
Sonradan mənə bildirdilər ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ərizələrə cavab vermir. Həmin nazirlikdə əlilik dərəcəsini ancaq pulla təyin edirlər.
Buna görə də mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etməyi qərara aldım.Hörmətli Mehriban xanım sizdən xahiş edirəm bu qanunsuzluq faktını araşdırıb, anadangəlmə şikəst doğulmuş  2 yaşlı övladım Bayramov Məhəmməd Xalid oğluna əlillik dərəcəsi təyin olunmasına köməklik edəsiniz”.
Məsələyə nazirliyin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …