Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Sahil Babayev Füzuli Ələkbərovun kadrını yüksək posta təyin etdi – İLGİNC GƏLİŞMƏ

Sahil Babayev Füzuli Ələkbərovun kadrını yüksək posta təyin etdi – İLGİNC GƏLİŞMƏ

Dia.AZ: – Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun daha bir kadrına adıçəkilən nazirlikdə yüksək vəzifə verilib. Bu barədə Dia.AZ-a verilən məlumatda qeyd olunur.

Bildirilir ki, nazir Sahil Babayevin bu günlərdə imzaladığı əmrlə Babək Hüseynov ƏƏSMN-nin Sosial təminat siyasəti şöbəsinin müdiri təyin olunub. Qeyd edək ki, o bu vəzifədə Cingiz Əliyevi əvəz edib.B.Hüseynov nazirliyin aparatında F.Ələkbərovun vaxtında çalışıb. Ələkbərovdan sonra nazir təyin olunan Səlim Müslümov B.Hüseynovu daha aşağı vəzifəyə təyin edərək rayon şöbələrindən birinə məsləhətçi göndərmişdi. S.Babayevin təyinatından sonra B.Hüseynov əvvəlcə Sosial təminat siyasəti şöbəsinin müdir müavini, indi isə müdiri təyin olunub.

DİA.AZ xatırladır ki, bu F.Ələkbərovun nazirlikdə yüksək vəzifəyə təyin olunan 2-ci kadrıdır. Belə ki, S.Müslümov tərəfindən işdə yol verdiyi nöqsanlara görə işdən çıxarılan Heybət İmanov S.Babayev tərəfindən nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri təyin olunub. Bu təyinat ciddi narazılığa səbəb olsa da Babayev İmanovu vəzifəsində saxlayıb. Ələkbərovun kadrlarının yenidən vəzifə almasında ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudovun rolunun olduğu bildirilir. Ələkbərovun kadrı olan Behbudov nazirliyin aparat rəhbəri Aparat rəhbəri Hidayət Abdullayevin qrup yoldaşıdır. Behbudov bu kanalla keçmiş dostlarını vəzifəyə təyin etdirə bilir.

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …