Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Sahibkarlar “Diqlas”dakı yanmamış mallarını daşıyırlar – FOTOLAR

Sahibkarlar “Diqlas”dakı yanmamış mallarını daşıyırlar – FOTOLAR

“Diqlas” ticarət mərkəzində sahibkarların iştirakı ilə yanmamış anbarların açılmasına başlanılıb.

Musavat.com xəbər verir ki, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidədir. Onlar malların daşınmasına yardım edirlər. Eyni zamanda ərazidə Baş Prokurorluğun əməkdaşları da fəaliyyət göstərirlər.

Sahibkarlar yaradılmış komissiyanın iştirakı ilə anbara daxil olub, öz mallarını əraziyə gətirilmiş yük maşınlarına daşıyırlar. Sahibkarların sözlərinə görə, anbarda malı olanlar daha çox tikinti materialı, istilik sistemi və digər bu kimi material satan şəxslərdir.  

Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev küçəsi, 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 8 ticarət mərkəzi təklif olunub.Ə

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …