Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Sahibkarla DYP arasında parkomat davası… – FOTOLAR

Sahibkarla DYP arasında parkomat davası… – FOTOLAR

“Laçın” Ticarət Mərkəzinin rəhbərliyi ilə Dövlət Yol Polisi arasındakı parkomat davası hələ ki, səngiyib. Tərəflər qeyri-rəsmi də olsa, razılığa gəliblər. 
İndi ticarət mərkəzinin qarşısında avtomobillərin dayanmasına icazə verilmir.
Musavat.com-un məlumatına görə, ticarət mərkəzinin qarşısı uzun illərdir ki, qeyri-rəsmi dayanacaq olaraq, fəaliyyət göstərir. Bu dayanacaqdan əsasən ticarət mərkəzinə gələn müştərilər istifadə edirdilər. Burdan əldə olunan gəlir isə ticarət mərkəzinin rəhbərliyinə çatırdı.
Bir neçə gün əvvəl həmin əraziyə parkomat quraşdırmaq istəyənlərlə rəhbərlik arasında mübahisə yaranmışdı. DYP ticarət mərkəzinin qarşısında dayanan maşınları cərimələməyə başladı. Parkomatın qoyulmasına razı olmayan rəhbərlik DYP-nin bu addımına etiraz etdi.
Rəhbərlik bildirir ki, əgər qeyd edilən ərazidə maşın saxlamaq qadağandırsa, yəni bura səkidirsə, o zaman bura niyə parkomat qoymaq istəyirlər?
Rəhbərlik ona aid olduğunu iddia etdiyi ərazidə parkomat quraşdırılmasına icazə vermədi.
DYP isə oranın səki olmasını əsas gətirərək, maşınların saxlanılmasına icazə vermir.
Ticarət mərkəzinin qarşısında dayanan kirayə gəlin maşınları da ərazidən uzaqlaşdırılıb. Ərazi hər gün DYP əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.




Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın