Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Sahib İbrahimovun türkiyəli şəriki videomüraciət yaydı

Sahib İbrahimovun türkiyəli şəriki videomüraciət yaydı

Muhammet Kuloğlu Azərbaycan dövlətindən onlara verilməli olan kompensasiyanı tələb edir

İş adamı Sahib İbrahimovun Türkiyəli şəriki Muhammet Kuloğlu ölkə rəhbərliyinə videomüraciət edib. Kuloğlu bildirir ki, 11 il əvvəl Bakının Səttar Bəhlulzadə 14 ünvanında şəriki olduğu şirkət tərəfindən inşa olunan bina sökülüb. Onlara həmin binaya görə təzminat verilməsinə göstəriş verilib. Kuloğlu deyir ki, ötən 11 ildə Azərbaycan və Türkiyənin səlahiyyət sahiblərinə dəfələrlə müraciətlər ediblər. Lakin onların müraciətlərinə baxılmayıb. Təzminat ödənişinin gerçəkləşdirilməməsindən şikayətlənən M.Kuloğlu indiyədək ortağının üzləşdiyi problemlərdən də söz açır. Deyir ki, bu haqda detallı şəkildə ölkə rəhbərliyinə məktub da yazıb. O, həmin məktubların araşdırılmasını istəyir. Qeyd edir ki, övladlarının, bankların qarşısında pis vəziyyətə düşüblər. Kuloğlu onlara ödənməli olan məbləğin Azərbaycan dövləti üçün böyük para olmadığını, ancaq onları problemlər girdabından çıxara biləcəyini də diqqətə çatdırır.

Bir neçə gün əvvəl Sahib İbrahimov da oxşar videomüraciət http://musavat.com/news/meshur-is-adami-muflis-olub-kiraye-evde-yasamaga-baslayib_603188.html yaymışdı.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Sahib İbrahimovun cinayət işi üzrə proses davam etdirilir. 

İbrahimov ittihamı qəbul etmir, sökülən binanın sakinlərini Həsən Əliyev küçəsindəki ünvana köçürdüklərini, iş üzrə zərərçəkən olmadığını bildirir. 

Xatırladaq ki, S.İbrahimov dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi cinayət əməllərini törətməkdə günahlandırılır. Ev dustaqlığında olan S.Ibrahimov barəsində cinayət işi əvvəl “Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynov barəsindəki işlə birgə aparılıb. Daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb. 

İttihamda göstərilir ki, Sahib İbrahimov “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …