Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Sahibə Qafarova ilə erməni spiker arasında mübahisə

Sahibə Qafarova ilə erməni spiker arasında mübahisə

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında mübahisə yaşanıb.

“ Azinforum.az ” RİA Novosti-yə istinadən xəbər verir ki, mübahisə Qazaxıstanın Almatı şəhərində MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclasında Qarabağda baş verən son hadisələrə görə düşüb.

Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan çıxışında deyib ki, guya Azərbaycan tərəfi atəşkəs rejimini pozub. Öz növbəsində Milli Məclisin sədri Sahibə Qafarova iclasın yekun hissəsində söz alaraq rəsmi Bakının mövqeyini açıqlayıb: “Azərbaycan tərəfindən guya atəşkəs rejiminin pozulması barədə məlumat həqiqəti əks etdirmir… Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Azərbaycanın suveren ərazisinə daxil olub, Azərbaycan Ordusunun birləşmələrinə qarşı növbəti təxribat həyata keçirməyə cəhd edib və nəticədə bizim Silahlı Qüvvələrimizin fəaliyyəti nəticəsində onlar geri çəkilməyə məcbur olublar”. 

O, həmçinin bildirib ki, Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata sadiqdir və bəyanatın müddəalarını Azərbaycan deyil, Ermənistan pozur. Sahibə Qafarova eyni zamanda, erməni ordusunun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasını tələb edib. O qeyd edib ki, Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verib. Onun sözlərinə görə, bəyanatı imzaladıqdan sonra Azərbaycan ərazisinə daxil olan Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir kimi tanınmır və cinayət məsuliyyətinə cəlb olunurlar.

Bu bəyanatlara cavab olaraq Ermənistan parlamentinin sədri Alen Simonyan iddia edib ki, pozuntular təkcə Ermənistan tərəfindən deyil, həm də bu ərazidə qarantı olan Rusiya tərəfindən qeydə alınıb: “Bir daha demək istəyirəm: Ermənistan Azərbaycana sülh müqaviləsinin bağlanması ətrafında dərhal danışıqlara başlamağı təklif edir”.

Azərbaycan Milli Məclisinin rəhbəri cavabında bəyan edib ki, Bakı dəfələrlə İrəvana erməni tərəfinə çox yaxşı məlum olan beş bəndi nəzərə alaraq sülh müqaviləsi imzalamağı təklif edib.

 “Mən rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu beş məqam məqbuldur və hesab edirik ki, bəzi aspektləri əlavə etsək, bu işi həyata keçirməyə başlaya bilərik”, – Simonyan müzakirəni yekunlaşdırıb.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …