Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Sağlam Ailə” Hepatit C-dən, Leyla Əskərova isə “SPİD”dən danışır – Ziddiyyət

“Sağlam Ailə” Hepatit C-dən, Leyla Əskərova isə “SPİD”dən danışır – Ziddiyyət

Sumqayıt şəhər sakini Leyla Əskərovanın müraciətinin Azinforum.az-da dərc edilməsi böyük rezonansa səbəb olub. Xatırladaq ki, həmin müraciətdə  şəhid bacısı olan Leyla Əskərova Sumqayıt şəhərində yerləşən “Sağlam Ailə” Klinikasında ona səhvən ağır xəstəlik diaqnozun qoyulduğundan və bunun nəticəsində  şəxsinə maddi və mənəvi ziyanın dəyməsindən  bəhs etmişdi. Təəssüflər olsun ki,  həmin vaxt qarşı tərəf kimi əlaqə saxladığımız “Sağlam Ailə” Klinikasının Sumqayıt filialından  sorğumuza cavab verən tapılmadı. Bu səbəbdən də, qarşı tərəfin də cavab haqqını tanımaq qeydilə Leyla xanımın müraciətini dərc etdik. Həmin məqaləni bu linkdən oxuya bilərsiniz:

“SAĞLAM AİLƏ” KLİNİKASINDA XƏSTƏYƏ YALAN “SPİD” DİAQNOZU QOYUBLAR – RƏZALƏT

 

Qeyd edək ki, yazının yayılmasından sonra, özünü “Sağlam Ailə” Klinikasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi təqdim edən Nigar adlı bir xanım bizimlə əlaqə saxladı. O, Leyla xanımın bizə səhv məlumat verdiyini deməklə, bizim yalnış istiqamətə yönəldiyimizi bildirdi: “Axı niyə o xanım sizə demir ki, onda Hepatit C aşkarlanıb?”

Biz isə qeyd edik ki, Leyla xanım öz həyat yoldaşı ilə redaksiyamızda olub, əlindəki bir neçə analizin cavabını və başına gələn hadisəni yazılı şəkildə imza edərək  bizə təqdim edib.  (Maraqlıdır ki, “Sağlam Ailə” Klinikasının Leyla xanıma verdiyi sənəddə Hepatit C xəstəliyi barədə heç nə yazılmayıb – R.Ə)s1

Klinikanın əməkdaşının diqqətinə çatdırdıq ki, onların da məsələyə olan münasibətini də olduğu kimi dərc etməyə hazırıq. Nigar xanım isə bildirdi ki, bizimlə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Dilşad xanım əlaqə saxlayacaq. Sonradan bizə məlum oldu ki, bu Leyla xanımın şikayətində  barəsində bəhs etdiyi Dilşad xanımdı. Leyla Əskərovanın yazısından sitat:

“…Cəlalə xanım bunu eşidən kimi özünü itirdi və analizlərin haralarda verildiyini bilmədən, cavablar alınmadan onsuz da  nəticələrin səhv olacağını iddia etdi. Təkidlə Bakıdakı QİÇS-lə mübarizə mərkəzində hansısa Dilşad xanımla görüşməyimizi məsləhət gördü. Maraqlıdır ki, Sumqayıt şəhərində də həmin mərkəzin filialı yerləşdiyi halda o, israrla bizi Bakıya göndərmək istəyirdi. Dilşad xanımın əlaqə nömrəsini yoldaşıma təqdim etdi.Evə qayıtdıqdan sonra, Dilşad xanımla əlaqə saxladıq. Gördük ki, o , artıq mənim haqqımda məlumatlıdı…”s2

Nəhayət, haqqında bəhs edilən Dilşad xanım bizimlə əlaqə saxladı. Dilşad xanım bildirdi ki, Leyla Əskərovanın müraciətini saytdan oxuyub: “Leyla xanım düz deyir ki, klinikadan onu mənə istiqamətləndiriblər. Mən onlarla telefonla danışmışam.  Mənimlə necə görüşə biləcəklərini izah etdim.  Hiss etdim ki, çox  gərgin və narahatdılar. Özüm Sumqayıta getdim. Klinikada görüşdük. Leyla xanıma izah etdim ki, bu klinika məsələyə ciddi yanaşdığı üçün məni  dəvət edib və bu məsələdə qorxulu heç nə yoxdur. Mən QİDS-lə mübarizə mərkəzinin əməkdaşıyam. “Sağlam Ailə” də çalışmıram və həmin xəstəxana ilə aramda heç bir müqavilə də yoxdur. Ancaq sözügedən klinika bu cür məsələrə ciddi yanaşdığı üçün, şübhəli xəstələri bizim mərkəzə istiqamətləndirir və mənimlə əməkdaşlıq edir. Bir daha xatırladıram ki, QİDS diaqnozunu bizim mərkəzdən başqa heç bir klinika qoya bilməz. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Leyla xanımda Hepatit C-nin əlamətləri müşahidə edilib. Həmin diaqnoz da  belə şübhənin yaranmasına əsas verib. Bir daha qeyd edirəm ki, konkret diaqnoz deyil, şübhənin yaranmasından söhbət gedib”.

Azinforum.az olaraq bizim üçün maraqlıdır ki, Leylya xanım nazir Oqtay Şirəliyevə etdiyi müraciətində QİDS-lə Mübarizə Mərkəzindən şikayət etmir. Bəs onda hansısa klinikanın bir filialında, hansısa bir həkimdən olunan şikayətə cavab vermək haqqını  Dilşad xanım niyə öz üzərinə götürür? Hərçənd ki, Dilşad xanımın özü də qeyd edir ki, “Sağlam Ailə” ilə onun arasında heç bir rəsmi müqavilə belə yoxdur. Qeyd edək ki, şəhid ailəsi olan Leyla Əskərovanın şikayəti bütövlükdə “Sağlam Ailə” Klinikasından da deyil. O, klinikanın Sumqayıt filalında calışan  Cəlalə İlyasova adlı həkimin cəzalalandırılmasını və səhv diaqnoza görə ondan alınan pulları geri tələb edir.

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın