Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / “Sadval”çı ləzgi millətçisini boğub öldürdülər

“Sadval”çı ləzgi millətçisini boğub öldürdülər

Millətçi “Sadval” ləzgi hərəkatının fəal üzvü, ictimai xadim Ruslan Maqomedrahimov dünən Dağıstanın Kaspiysk rayonundakı parkların birində ölü tapılıb.

Virtualaz.org saytının Dağıstan müxbiri xəbər verir ki, Ruslan Maqomedrahimovun yaxınları və qohumları onun öz əcəli ilə öldüyünə inanmadıqlarını bildiriblər. Meyit morqa aparılıb və yarılıb. Tibbi ekspertiza Ruslan Maqomedrahimovun zorakılıqla qətlə yetirildiyini təsdiqləyib. Onu boğaraq öldürüblər.

Ruslan Maqomedrahimovun 45 yaşı var idi. O, uzun illər orduda xidmət edib, sonra isə mülki aviasiya sahəsində çalışıb, təyyarəçi olub. Son illər ictimai fəaliyyətlə məşğul idi. “Sadval” millətçi hərəkatının fəal üzvü idi. “Sadval” Azərbaycan tərəfindən terror təşkilatı kimi tanınıb.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın