Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Sabunçuda münaqişə: hadisə yerinə gələn polislər döyüldü – TƏFƏRRÜAT

Sabunçuda münaqişə: hadisə yerinə gələn polislər döyüldü – TƏFƏRRÜAT

Sabunçuda ailə münaqişəsinə davasını sakitləşdirmək istəyən polislərə xəsarət yetirdilər Bakının Sabunçu rayonunda hadisə yerinə gedən polis əməkdaşları zorakılıqla üzləşib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Muxtarov qəsəbəsi, Ə.Bağırov küçəsindəki yeni tikilidə baş verib.

Həmin ünvanda məişət zəminində qonşular arasında münaqişə baş verib. Həmin ünvanda yaşayan 1974-cü il təvəllüdlü Təranə Mərdiyeva münaqişəyə son qoyulması üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq polis cağırıb. Bundan sonra xəbər ötürmə xidmətindən hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. 12-ci polis bölməsinin əməkdaşları – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü, sahə inspektoru, polis baş leytenantı Emin Aslanov, 1992-ci il təvəllüdlü əməliyyat müvəkkili, polis mayoru İldırım Şarıtov və 1987-ci il təvəllüdlü, polis serjantı Elnur Səfərov hadisə yerinə yollanıblar.

Həmin ünvanda 1992-ci il təvəllüdlü İmran Akif oğlu İsmayılov polis əməkdaşlarına qaşı zorakılıq edib və onları döyərək, bədənlərinin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Hadisə zamanı xəsarət alan polislərə tibbi yardım göstərilib.

Hadisə ilə bağlı 12-ci polis bölməsində təhqiqat aparılıb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın