Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / “Sabitliyi pozmaq üçün Allahşükür Paşazadəyə qarşı hücumlar təşkil edirlər” – Zərdüşt Əlizadə

“Sabitliyi pozmaq üçün Allahşükür Paşazadəyə qarşı hücumlar təşkil edirlər” – Zərdüşt Əlizadə

Xarici ölkələrdə yaşayan blogerlərin internet üzərindən Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinə qarşı aparılan təhqir kampaniyasının hədəfi indi də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadəyə yönəlib.

Son günlər bununla bağlı təhqirlərin, böhtanların yer aldığı videolar internetdə yayılır. Tanınmış şəxslər belə kampaniyanın əleyhinə çıxaraq, bunu cəmiyyətdə qarşıdurma salmaq cəhdi adlandırırlar.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, QMİ sədrinə qarşı ədəbsiz kampaniya yolverilməzdir və bunun arxasında müəyyən qruplar durur:

“Şeyxulislama qarşı aparılan kampaniya xaricdən sifariş olunub və bir sıra maraqlı qruplar tərəfindən təşkil olunur. Allahşükür Paşazadə  Azərbaycan dövlətinə sadiqdir. Ona qarşı hücumlar başlayıbsa, bunun bir səbəbi var. Hansısa xarici qüvvələr Azərbaycanda sabitliyi pozmaq, çoxlu etnosların yaşadığı Azərbaycanda xalqı parçalamağa cəhd edirlər”.

Z.Əlizadənin sözlərinə görə, bu qüvvələr neçə illərdir Azərbaycanda etnik zəmində qarşıdruma salmaq üçün Rusiyada  müxtəlif separatçı təşkilatlar qurdular, iş apardılar:

“Amma gördülər ki, bu işlərin heç biri nəticə vermir, azərbaycanlılar buna heç bir reaksiya vermirlər. İndi də daxildəki adamlarına göstəriş gəlib ki, Şeyxulislamı təhqir etməklə cəmiyyətdə qarşıdurma yaratsınlar. Düşmənlər bunun üçün çalışır. Şeyxi pisikdirməklə buna nail olmaq istəyirlər. Bu prosesi  ölkədəki bəzi qrupların əli ilə aparırlar”.


Politoloq bildirib ki, Allahşükür Paşazadə hörmətli şəxsdir və cəmiyyətdə dini harmoniyanın qorunmasında xidmətləri var. Prezident İlham Əliyevin Şeyxulislamla münasibətləri çox yaxşdır. Mərhum Heydər Əliyevin QMİ sədri ilə çox yaxşı əlaqələr saxlayırdı. Şeyxin tutduğu məqam çox hörmətli və nüfuzlu məqamdır:

Əgər bu qüvvələrin məqsədi onu aşırıb yerinə kimisə gətirməkdirsə, səhvə yol verirlər. QMİ sədri 40 ildir ki, bu vəzifəni tutur və Azərbaycan siyasi tarixinin mühüm adamlarından olub. Onun yerinə gəlmək istəyənlər elə bilir ki, həmin hörməti və səlahiyyət sahibi olacaqlar? Yanılırlar. Yeni Şeyxulislama indikiyə qoyulan  diqqətin və hörmətin heç 40 faizi qoyulmayacaq”.  

Politoloq vurğulayıb ki, QMİ sdərinə qarşı aparılan bu prosesin içində yer alanlar xaricdə olan qrupların adamlardır:
“Azərbaycanda xarici qüvvələrə işləyən adamlar məhz indi sabitliyi pozmaq üçün Allahşükür Paşazadəyə qarşı hücumlar təşkil edirlər”. 

Z.Əlizadənin fikrincə, bu təhqir kampaniyasını aparanlar əvəzində böyük bir qarşıdurmaya rəvac verirlər: “Allahşükür Paşazadə ölkədə dini sabitliyin qorunmasında ciddi fəaliyyət göstərir. Xarici qüvvələr uzun illərdir ki, Azərbaycanda məzhəb mübahisələri salmaq və dini münaqişə ocağı yaratmağa cəhd edirlər. Şeyxin bu yöndə olan cəhdlərə qarşı müqaviməti bu qrupları qıcıqlandırır”.

Z.Əlizadə qeyd edib ki, mötədil şəxs olan Şeyxulislam  müsəlman aləmində tanınan adamdır. Modern.az

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …